SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6733_iranda-az-rbaycanli-f-allarin-h-bsi-huquq-mudafi-c

SON XƏBƏR

Hamısı

İranda azərbaycanlı fəalların həbsi: Hüquq müdafiəçisindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

(2 Yil, 6 Ay öncə) 1,92 B İzlenme 0 Yorum
İranda azərbaycanlı fəalların həbsi: Hüquq müdafiəçisindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

“Biz hüquq müdafiəçiləri olaraq İran İslam Respublikasında azərbaycanlı fəalların həbsləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Beynəlxalq təşkilatlar mütləq bu müraciəti nəzərə almalıdır”.

Bunu KİV-ə  açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.

44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi və Azərbaycanın Ermənistan üzərindəki qələbəsi İranda yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər fəal 2020-ci ilin sentyabrın 29-da Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.

Aksiya zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Bir neçə gün öncə Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və “Amnesty İnternational” təşkilatına müraciət etmişdi.

Müraciət edənlər sırasında Səidə Qocamanlı da var.

Səidə Qocamanlı hesab edir ki, İrandakı həbslər beynəlxalq cəmiyyətdə böyük narahatlıq yaradır.

“İranda azərbaycanlıların həbsi ilə bağlı müraciəti kiminsə təzyiqi və sifarişi ilə qəbul etməmişik. İndi sosial şəbəkələrdə bəziləri bizi qınayır ki, niyə indi bu müraciəti ünvanlayırıq? Halbuki biz illərdir ki, İranda soydaşlarımıza qarşı olan qeyri-insani rəftara qarşı öz səsimizi qaldırmışıq”,-deyə Səidə Qocamanlı əlavə edib.

Onun sözlərinə görə, İrandakı azərbaycanlıların həbsinin qınanması Azərbaycandakı hüquq müdafiəçilərinin vicdan işidir.

“Biz bu vicdan səsini çıxardıq və soydaşlarımızın müdafiəsinə qalxdıq. Yəqin ki, beynəlxalq təşkilatlar da müraciətimizi diqqətdən kənarda saxlamayacaq. Artıq “Amnesty İnternational” İrandakı həbslərlə əlaqədar narahatlığını bildirib”, - deyə Səidə Qocamanlı fikrini yekunlaşdırıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı