SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6688_h-s-n-h-s-novun-qardasi-sikay-tl-ndi-nazirlik-cava

SON XƏBƏR

Hamısı

Həsən Həsənovun qardaşı şikayətləndi, nazirlik cavab verdi - FOTO

(2 Yil, 6 Ay öncə) 995 İzlenme 0 Yorum
Həsən Həsənovun qardaşı şikayətləndi, nazirlik cavab verdi - FOTO

2014-cü ildə Kəlbəcər işğalda olarkən, dədə-baba yurdunu ziyarətə gedərək, erməni cəlladları tərəfindən qətlə yetirilən Həsən Həsənovun qardaşı Nail Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən şikayətçidir.

N.Həsənov Modern.az-a ünvanladığı şikayətində agentliyin əməkdaşları tərəfindən dəfələrlə aldadıldığını deyib:

“Bizim heç kimdən umacağımız yoxdur, heç kimdən də heç nə gözləmirik. Amma son bir neçə bayramda - Ramazanda, Qurbanlıqda mənə zəng edib rəhmətlik qardaşımın ailəsinin ünvanını istəyiblər. Bildiriblər ki, ailəyə bayramla bağlı sovqat veriləcək. Amma heç nə gətirməyiblər. Biz heç nə istəmirik, bizi incitməyin, bizi rahat buraxın”.

www.instagram.com

 

Şəhidin qardaşı bildirib ki, sonuncu belə zəng sentyabrın 21-də daxil olub:

“Özünü sosial fondun əməkdaşı kimi təqdim edən şəxs soruşdu ki, Həsənli Ləman Həsən qızı sizin nəyinizdir? Qardaşım qızı olduğunu bildirdim. Həmin şəxs Ləmanın şəhid qızı, məktəbli olub-olmadığını dəqiqləşdirdi. Mən də təsdiqlədim. Daha sonra isə dedi ki, Ləmana yeni dərs ili ilə bağlı məktəbli sovqatı göndəriləcək. Mən də ailəsinə bu barədə məlumat verdim, arxayın saldım ki, məktəblə bağlı heç nə almasınlar, agentlik məktəbli sovqatı göndərəcək. Məktəbə bir gün qalmış Ləmangildən öyrəndim ki, heç bir sovqat gətirilməyib. Əsəbimdən əlaqə saxlayıb həmin şəxsə sözümü dedim. Narazılıqdan sonra gecə ilə Həsəngilə ərzaq göndəriblər. Mən özüm orda olsaydım, ərzağı qəbul etməyəcəkdim. Sadəcə qardaşımın yoldaşına dil töküblər, üzrxahlıq ediblər. O da onları qapıdan qaytarmayıb. Söhbət əsla ərzaqda, yardımda deyil. Deyirlər məktəbli sovqatını səhv anlamışam, Ləmana məktəbli sovqatı düşmür. Bəs yaxşı onda niyə məktəblinin adını çəkib soruşurdunuz? Məgər sovqat yardımı təkcə məktəbliyə verilir?! Mən bir daha vurğulamaq istəyirəm ki, nə mən, nə qardaşımın ailəsi kimsədən nəsə istəmir, bizə heç kimin heç nəyi lazım deyil”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qeyd olunan problemlə bağlı Modern.az-ın sorğusuna cavab olaraq, şikayətin əsassız olduğunu bildirib:

“Sentyabrın sonuncu həftəsində sosial tərəfdaş tərəfindən həssas qruplara ərzaq yardımının siyahı üzrə paylanılması, yardımı təqdim edən qurumun nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bağlamaların paylanılmasını reallaşdıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin aidiyyəti filialının əməkdaşları tərəfindən yardım Həsən Həsənovun həyat yoldaşı Vüsalə Həsənovaya şəxsən təqdim olunub.

Digər sosial tərəfdaş tərəfindən, tərəfdaşın istəyi ilə aztəminatlı ailələrin 1-ci sinif şagirdləri olan övladlarına təqdim edilən məktəb dəsti isə Vüsalə Həsənovanın iki qız övladından birinin universitetdə, digərinin isə orta məktəbin 8-ci sinfində təhsil alması səbəbindən, aidiyyəti siyahıda qeyd edilmədiyindən ailəyə təqdim edilməyib”.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı