SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6684_doyuscul-r-hadrutu-qaris-qaris-geri-aldiq-foto

SON XƏBƏR

Hamısı

Döyüşçülər: “Hadrutu qarış-qarış geri aldıq” - FOTO

(2 Yil, 6 Ay öncə) 2,01 B İzlenme 0 Yorum
Döyüşçülər: “Hadrutu qarış-qarış geri aldıq” - FOTO

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları sonda tarixi qələbə ilə nəticələndi. Vətən müharibəsi dövründə demək olar ki, hər gün kəndlərin, qəsəbələrin, şəhərlərin işğaldan azad olunması xəbəri gəlirdi. Ötən ilin məhz bu günü Azərbaycan xalqını sevindirən xəbərlərdən biri də Hadrut qəsəbəsinin işğaldan azad olunması idi. Artıq bu gün Azərbaycan xalqı 28 il düşmən işğalı altında olan Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Ötən il Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi işğalçılardan təmizləndi və bununla da Müzəffər Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu. Hadrutun geri alınması uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.

Hadrut uğrunda gedən əməliyyatda iştirak edən döyüşçülər “Report”a açıqlamasında deyiblər ki, qəsəbənin azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıblar.

Qazi Qorxmaz Teymurlu deyir ki, Hadruta daxil olmaq çox çətin əməliyyatlar nəticəsində mümkün olub. Onun sözlərinə görə, döyüş yoldaşları ilə birlikdə keçilməz yollardan, dağlardan və kolluqlardan irəliləyərək qəsəbəyə daxil olublar: “Biz Hadrutu qarış-qarış geri almışıq və düşmən tapdağından azad etmişik. Bunlar hamısı yadda qalan günlərdir. Ötən ilin bu günləri hərbçi yoldaşlarımızla bu torpaqlarda döyüşürdük. Gücümüz isə tükənməz idi və buna görə də ordumuz hər gün daha da irəliləyirdi”.

Q.Teymurlu bildirir ki, döyüşlərin şiddətli vaxtında ən yaxın dostlarından biri şəhid olub. Onun sözlərinə görə, dostunun şəhid olması ona daha da güc və qüvvət verib. Buna görə də, şəhid dostunun qisasını almaq üçün özünə söz verib: “Təsəvvür edin ki, hər zaman bir yerdə olduğunuz döyüş yoldaşınız gözünüzün önündə şəhid olur. Biz o zaman özümüzə bir daha söz verdik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu, Allaha çox şükürlər olsun ki, qisasımızı da aldıq, torpaqlarımızı da aldıq”.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Firuz Bədəlov isə söyləyir ki, Hadrut düşməndən təmizləndikdən sonra qəsəbədə mövqe tutublar və ətrafdakı hakim yüksəkliklərin müdafiə və mühafizəsini təşkil ediblər:

“Bizim bölmələrimiz Hadruta girdikdə düşmən çaxnaşmaya düşmüşdü. Çünki onlar bizim bölmələrimizin hansı istiqamətdən girəcəyini müəyyən edə bilmirdilər. Biz demək olar ki, bütün cinahlardan qəsəbəyə daxil olmuşduq. Onlar isə elə düşünürdü ki, sanki, Azərbaycan Ordusu onların müqavimətinə rast gəldikdən sonra dayanacaq. Amma təbii ki, əməliyyat onların gözlədikləri kimi olmadı. Çünki Azərbaycan Ordusunun döyüşçüləri çox güclü, qorxmaz, peşəkar və qüdrətlidir. Ona görə də ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyərək Hadrut-Tuğ yolu vasitəsilə pərakəndə şəkildə öz texnikalarını, silah-sursatlarını qoyub qaçırdılar”.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti isə bildirib ki, Hadrut istiqamətində çox güclü döyüş əməliyyatları həyata keçirilib. Onun sözlərinə görə, istənilən çətinliyə baxmayaraq qarşıda qoyulan məqsəd tapşırıqları icra etmək və torpaqları azad etmək olub: “Çünki qarşımızdakı məqsəd Hadrutu düşməndən azad etmək idi. Buna görə də cənab Ali Baş Komandanın əmri ilə bütün gücümüzü ortaya qoyduq və verilən bütün tapşırıqları yerinə yetirərək Hadrutu işğaldan azad etdik. Biz həm də şəhidlərimizin də qisasını aldıq”.

Hərbi ekspert Ruslan İmamquliyev bildirir ki, Hadrutun yaşadığı ərazinin relyefi dağlıq yerdə döyüş əməliyyatları da hazır keçib. Tam tam strateji nöqtələrdə mövqe tutan düşmən özlərini çox rahatlaşdıra bilər. Belə bir dağlıq yerinde hücum-hücum əməliyyatları aparmağı davam etdirmək çox proses prosesidir: “Bunu düşmən də bilirdi. Amma buna baxmayaraq Rəşadətli Azərbaycan Ordusunun qarşısına çıxarılan düşmən geri çəkilməyə başladı. Azərbaycan Ordusu Şişdağ silsiləsini aşaraq düşmənə hücum etdi. Şişdağ silsiləsini keçmək də asan satış deyil. Bizim söhbət 1300-1400 metr tamlığı aşmaqdan gedir. Bu dağ silsiləsində yalnız və yalnız çox hazırlıqlı, işlək piyada qoşunları, xüsusi təyinatlı qüvvələr, ordu korpuslarının həmlə və kəşfiyyat taborları ilə tanış ola bilərik. Bəli,

Rəşadətli Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra düşmən uğursuzluğuna dözə bilməyərək qoca və çəlimsiz ermənilərdən düzəltdikləri “müzəffər” ordularında ruh yüksəkliyi yaratmaq üçün guya qəsəbənin hələ də onların nəzarətində olduğu barədə dezinformasiyalar yayırdılar.

Onların başı yaydıqları yalan dolu məlumatlara qarışdığı halda Azərbaycan əsgəri hər gün neçə-neçə kənd və şəhərləri azad etməkdə davam edirdi. Elə bu davamiyyət sonda böyük bir zəfərin qazanılmasına gətirib çıxardı.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı