SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6661_-44-gunun-q-hr-manlari-layih-si-c-rciv-sind-t-l-b-

SON XƏBƏR

Hamısı

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə ilk görüş baş tutdu - FOTO

(2 Yil, 6 Ay öncə) 1,66 B İzlenme 0 Yorum
“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə ilk görüş baş tutdu - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə oktyabrın 7-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib. 

Azərbaycan Dövlət İqtisad Universitetində baş tutmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, ATGTİ sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürovun çıxışları ilə davam edib.

Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə 44 günlük Vətən müharibəsi kadrlarını özündə əks etdirən videoçarx nümayiş etdirilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi hörmət və ehtiramla anılıb, tarixi zəfərimizin qazanılmasında onların göstərdikləri şücaət və fədakarlıq yad edilib.

 

Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri - Əhliyət Mehdiyev, Xankişi Yusifov, Vüsal Yaqubov və Fariz İmanov çıxış edib, keçdikləri döyüş yolu və müharibə dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər. 

Daha sonra universitetin tələbələri - UNEC Türk Dünyası İqtisad Fakültəsinin TGT sədri Aqil Quliyev, Maliyyə və mühasibat fakültəsinin tələbəsi, “UNEC könüllüləri” təşkilatının sədri Orxan Vəliyev və Biznes və menecment fakültəsinin tələbəsi, fakültə tələbə gənclər təşkilatının sədri Məryəm Bağırzadə öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. ATGTİ-nin sədr müavini, UNEC Tələbə Gənclər Təşkilatının sədri Əli Əliyev çıxış edərək qazilərə tələbələr adından təşəkkür edib.

Vətən müharibəsinin qaziləri ilə keçirilmiş panel görüşdən sonra baş tutmuş sual-cavab sessiyasında igidlərimiz cəbhədəki uğurlarımızın ən başlıca səbəbi kimi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyinin olduğunu qeyd etməklə tələbələrin suallarına ətraflı cavablar veriblər. 

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam edəcəkdir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı