SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6653_-anasi-narahat-olmasin-dey-h-r-d-f-arxa-c-bh-d-y-m

CƏMİYYƏT

Hamısı

“Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi” - FOTO

(2 Yil, 6 Ay öncə) 1,04 B İzlenme 0 Yorum
“Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi” - FOTO

Vətən müharibəsinə könüllü olaraq qatılan igidlərimizdən biri də Süleymanov Mirsüleyman Aydın oğludur. Şəhidimiz Vətən müharibəsinə gedərkən ailəsinə belə deməyib. Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan şəhid qəhrəmanımız 1998-ci il martın 30-da Bakı şəhərində anadan olub.

Atası Aydın Süleymanov Oxu.Az-a açıqlamasında oğlunun ali təhsil aldıqdan sonra hərbi xidmətə getdiyini deyir:

 

“2004-cü ildə 271 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. Daha sonra Azərbaycan Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət edib”.

Atası deyir ki, oğlu müharibəyə getdiyini anasından və ondan gizlədib:

“Heç bizə deməyib ki, müharibəyə gedir. Anası ilə danışanda hər zaman hər şeyin yaxşı olduğunu deyirdi. Arada özüm də danışırdım ki, bəlkə anasını narahat etmək istəmir, mənə deyər. Amma demirdi. Mənə dedi ki arxa tərəfdəyik, ön cəbhədə deyilik. Amma sən demə müharibənin ilk günlərindən irəlidə olub. Müharibə başlayan vaxtdan bir neçə döyüş əməliyyatlarında iştirak edib.

Oktyabrın 15-də onların dəstəsi irəliləyərək Suqovuşana gəlib. Ağdərə istiqamətində hücum əməliyyatları zamanı bir neçə qəlpə Mirsüleymanı ağır yaralayır. Silah yoldaşları bildirirlər ki, o, iki erməni postuna daxil olub və düşmənləri məhv edib. Elə orada da yaralanıb və şəhid olub. Yoldaşları onun şücaəti barədə çox danışırlar. Özü həm manqa komandiri, həm də pulemyotçu olub. Bəzi döyüşlərdə pulemyotla iştirak etdiyi üçün yoldaşları ona “boyevik” deyib.

Öz komandiri ilə hücum əməliyyatlarında iştirak edib. Komandiri danışır ki, qorxmaz oğul idi. Şücaətinə görə onu Mübariz İbrahimovla müqayisə edirdilər. Qismətində şəhid olmaq varmış. Düşmənin atdığı minaatan mərmisi ilə 13 yoldaşıyla bərabər şəhid olub. Mənə dedilər ki, oktyabrın 15-i vurulub və neytralda qalıb”.

Şəhid atası oğlunun itkin əsgərlər sırasında axtardığını deyib:

“Oğlum 13 gün neytralda erməni postunda qalıb. Daha sonra Bərdəyə morqa gətirilib. Biz onun nəşini çox axtardıq, təxminən 27 gün. Nəhayət tapdıq və noyabrın 20-də Bakıxanov qəsəbəsində torpağa tapşırdıq. Fəxr edirəm ki, belə igid oğul böyütmüşəm”.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirsüleyman Aydın oğlu Süleymanov ölümündən sonra "Vətən Uğrunda" , "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Könül Cəfərli


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı