SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6651_rovs-n-kb-rovun-m-hk-m-sind-oldurul-n-s-xsin-h-yat

SON XƏBƏR

Hamısı

Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirildi

(13 Gün, 7 Saat öncə) 2,73 B İzlenme 0 Yorum
Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirildi

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva dindirilib.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

 

Daha sonra şahid qismində mərhumun uşaqlıq dostu Səməd Novruzov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanımır:

“2001-ci ildə iyunun 1-də mənə zəng gəldi. Hadisə ilə bağlı mənə xəbər etdilər. Biz Elçinlə uşaqlıq dostu olmuşuq. Təcili çıxdıq Ukraynaya. Axşama Kiyevə çatdıq. Bizi orda 1 nəfər qarşıladı. Gecə hoteldə qalıb, səhəri gün morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb, Kiyevdəki səfirliyə getdim. Orada keçmiş hərbçi, Ukrayna vətəndaşı olan Qriqoryev Mixailoviçi gördüm. Mənə dedi ki, “hadisəni sizinkilər törədib”. Biz onunla telefonda əvvəl danışmışdıq, amma üzünü görməmişdim. Ukraynada olan səfirlikdə mənə söylədilər ki, Elçin “Abşeron” adlı restoranda yeyib-içib. Sonra səfirlikdə də kimləsə mübahisələri düşüb. Təzədən başqa restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da həmin restorana gedib. Hadisə həmin yerdə baş verib. Mənə orada dedilər ki, Rövşən Əkbərov da həmin restoranda olub. Sonuncu dəfə Elçinlə mayın 31-də danışmışam. Mən iyunun 1-də səfirlikdə olmuşam, ayın 2-si isə Rövşənin qətl törətməsini eşitmişəm. Bu günə kimi də bu sual maraqlandırır ki, Rövşən Elçini niyə öldürüb?”

Daha sonra təqsirləndirilən şəxs R.Əkbərov şahidə “siz necə dost olmusunuz ki, gəlib Rövşəni tapıb soruşmadın?” sualını verib 

Şahid isə “sübutum olmadan kimisə qətldə ittiham edə bilmərəm” cavabını verib.

Növbəti iclas oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Ay, 16 Gün öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    6 Ay, 27 Gün öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    7 Ay, 13 Gün öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    8 Ay, 21 Gün öncə
  • Bu gün Türk dünyasının sevilən bəstəkarı, Vətənpərvər xanım Sevinc Tofiqqızının doğum günüdür. Kollektivimiz adından Sevinc xanımı təbrik edir, ona həyatda can sağlığı, işlərində uğurlar arzu edirik.
    8 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 32 şəxs qatıldı