SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6617_lukasenko-hansi-halda-omurluk-prezident-olacagini-

DÜNYA

Hamısı

Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı

(16 Gün, 17 Saat öncə) 7,52 B İzlenme 0 Yorum
Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko ölənə qədər prezident olmayacağını söyləsə də, Qərbin təzyiqi olduğu təqdirdə canı bahasına olsa belə, ölkənin müstəqilliyini müdafiə edəcəyini vurğulayıb.

“And içirəm, ölənə qədər də prezident olmayacağam. And içirəm. Hər şey Belarusdakı vəziyyətdən asılı olacaq. Əgər siz, Qərbdəki himayədarlarınız vəziyyətimizə necə gəldi müdaxilə etməsəniz, biz də özümüzü suveren müstəqil bir dövlət olaraq, suveren və müstəqil olmağa layiq bir xalq olaraq inamlı və rahat hiss edərik.

İnanın, hər şey düşündüyünüzdən də tez bir zamanda baş verəcək. Ancaq keçənilki kimi hadisələrimizə yenidən müdaxiləyə cəsarət etsəniz, pis olacaq. Hər şey indi düşündüyünüz kimi olacaq”, - deyə o CNN-ə müsahibəsində qeyd edib.

Jurnalist Lukaşenkanın 27 il prezident postunda olduğunu bildirərək, nə vaxt istefa verəcəyini soruşub:

“Qeyd etdiyiniz kimi, mən 27 ildir xalqıma xidmət edirəm. Ancaq sizin Vaşinqtondakı “regional komitədəki” yaşa hələ çatmamışam. Gəlin, Vaşinqtondakı himayədarınızın yaşını istinad kimi götürək. Niyə də olmasın?”, - deyə Lukaşenko zarafat edib.

Ancaq sonra 67 yaşında olan Belarus prezidenti bu yaşa qədər qalmayacağını da qeyd edib.

“Bizə hücum etsəniz, bizi daim bombardman etsəniz, sözümüzdən, simamızdan və müstəqilliyimizdən məhrum etsəniz, mən əbədi prezident olacağam. Belarus xalqı ilə birlikdə yaratdıqlarımı canım bahasına olsa belə müdafiə edəcəyəm”, - deyə Lukaşenko vurğulayıb.

Mənbə: “Sputnik Belarus”


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Ay, 16 Gün öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    6 Ay, 27 Gün öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    7 Ay, 13 Gün öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    8 Ay, 21 Gün öncə
  • Bu gün Türk dünyasının sevilən bəstəkarı, Vətənpərvər xanım Sevinc Tofiqqızının doğum günüdür. Kollektivimiz adından Sevinc xanımı təbrik edir, ona həyatda can sağlığı, işlərində uğurlar arzu edirik.
    8 Ay, 22 Gün öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 32 şəxs qatıldı