SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6589_-ir-li-ictimai-birliyi-boyuk-z-f-r-ucun-isl-r-basl

SON XƏBƏR

Hamısı

“İrəli” İctimai Birliyi böyük Zəfər üçün işlərə başladı

(2 Yil, 7 Ay öncə) 476 İzlenme 0 Yorum
“İrəli” İctimai Birliyi böyük Zəfər üçün işlərə başladı

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın “İrəli” əmri ilə 30 illik torpaq həsrətinə 44 gündə son qoyaraq, xalqa böyük zəfəri yaşatdı.

İgid oğullarımızın 44 gün ərzində qanları ilə qazandıqları zəfəri bu dəfə gənc rəssamlar öz fırçaları ilə “İrəli”də canlandıracaq.

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabr-noyabr ayları ərzində reallaşdırılacaq “Zəfər Əsəri” rəsm sərgisinin əsas məqsədi Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən 44 gün ərzində qazanılan şanlı qələbədə igidlik və şücaət göstərən qəhrəmanlarımızın döyüş yolunu, onların cəsarət və mərdliyini, keçən 44 günün sevinc və kədərini, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək, uğruna canlar verilən Qarabağın tarixini, mədəniyyətini, irsini gənc nəslə daha yaxından tanıtmaq və rəssamlıq sənəti üzrə istedadlı gənclərin rəsm əsərlərini nümayiş etməkdən ibarətdir. 

 

Bakı şəhərində keçiriləcək “Zəfər Əsəri” rəsm sərgisinə müraciətlər onlayn olaraq www.ireli.az veb-saytından qəbul olunur və sərgi üçün yalnız:

- A3 və ya daha böyük formatda işlənən;

- Qarabağın təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qiymətləndiriləcək;

Qeyd edək ki, rəsmlərin işlənmə texnikası sərbəstdir. 

Əgər Siz də öz rəsmlərinizlə birgə “Zəfər Əsəri” sərgisinin bir parçası olmaq istəyirsinizsə qeyd olunmuş linkdən müraciət edin.

Layihədə iştirak üçün yaş həddi: 16-25 yaş 
Son müraciət tarixi: 25.10.2021 23:59

Müraciət linki: http://ireli.az/zefereseri/
#ZəfərƏsəri #ireli2021 #hərşeyVətənüçün


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı