SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6578_sabuncunun-icra-bascisi-adil-v-liyevl-bagli-iddial

SON XƏBƏR

Hamısı

Sabunçunun İcra başçısı Adil Vəliyevlə bağlı iddialar səngimir ! - VİDEOFAKT -Yenilənib

(2 Yil, 6 Ay öncə) 1,96 B İzlenme 0 Yorum
Sabunçunun İcra başçısı Adil Vəliyevlə bağlı iddialar səngimir ! - VİDEOFAKT -Yenilənib

ÜMİDTV:    Sabunçu RİH-nin Başçısı Adil Vəliyevlə bağlı məlumatlar gəlməkdə davam edir. Son vaxtlar sosial şəbəkənin qəhrəmanına çevrilən Adil Vəliyev nədənsə heç bir məlumatı vecinə belə almır. Yəni Başçı tərəfindən Sabunçu rayonunda baş verənlərlə bağlı səslənən iddialar və ittihamlar aidiyyatı şəxslər üçün bu qədərmi əhəmiyyətsizdir? Niyə ölkə Prezidentinin çağırışlarına aidiyyatı vəzifəli şəxslər əməl etmirlər? Niyə bu məlumatlar ölkə Prezidentindən gizlədilir?  Adil Vəliyev noyabr ayınadək İcra hakimiyyətində qəbulla bağlı qapıları vətəndaşların üzünə bağlayıb. Nə qazi sayır, nə də vətəndaş. Üstəlik medianı belə vecinə almır. Yəni Adil Vəliyevi bu qədər arxayın salan səbəb nədir? Yayımladığımız reportajlarla bağlı ereal faktlara bu günədək Bakı şəhər İcra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər NAzirliyi və digər aidiyyatı dövlət qurumları hələ də susmaqla cavab verirlər. Üstəlik rəsmi göndərilən müraciətlərə də cavab vermirlər. Atılan bu addımlar Ölkə Prezidentinin siyasətinə kölgə salmaqdan, vətəndaşı hökumətdən narazı salmaqdan başqa bir şey deyildir. İnanırıq ki, tezliklə Sabunçu rayonunda, xüsusilə Bakı Gənclər Mərkəzinin yerləşdiyi Parkda, Geofizika İnstitutunun ərazisində, Anaşkin ərazisində, Razin dağında  ciddi araşdırmalara başlanacaq və haqq ədalət yerini tapacaq. 

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olundu.

Respublika Prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamda da qeyd edildiyi kimi:

"Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”.

Lakin çox təəssüflər olsun ki, Vətən müharibəsi şəhidlərinin heç ili çıxmamış yerlərdə bəzi məmurlar tərəfindən onların xatirəsinə hörmətsizlik əməlləri müşahidə olunur. Həm də öz cılız maraqları naminə. Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, Bakı şəhəri Sabunçu rayonundan Vətən müharibəsi şəhidi baş leytenant Kənan Süleymanlının atası Sadıx kişi Sabunçu qəsəbəsində öz yaşadığı ünvanda mərhum oğlunun xatirəsini əbədiləşdirmək üçün “Şəhid bulağı” inşa etdiribmiş.

Məlumatda qeyd olunur ki, Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qəsəbə İcra nümayəndəsi vasitəsilə şəhid atasına ismarıc göndərib ki, ya bulağın inşasını rayon rəhbərliyinin adına çıxaracaq tədbir keçirilməsinə razılıq verməli, ya da bulaq sökülməlidir. Təbii ki, şəhid atası bu təklifə razı olmayıb. Söküntü işinin icrası əvvəlcə qəsəbə icra nümayəndəsi Məhəmməd müəllimə tapşırılıb.

Nümayəndə hər şeyi, hətta işdən qovulacağını gözə alıb bu işə qol qoymayacağını bildirib. Sonra bu idbar vəzifə Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənova həvalə edilib. Əlfəddin Həsənov da icra başçısı Adil Vəliyevə “ləbbeyk” deyərək, qolunu çırmalayıb həvəslə bu işə girişib, bazardan 20 manata fəhlə tutaraq əlinə gürz verib.

Əslən Füzuli rayonundan olan Əlfəddin hətta heç şəhid zabitin məhz Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmasını, şəhid atasının bulağın ətrafını yaşıllaşdırmasını, bələdiyyəyə gedən yolu asfaltlamasını da nəzərə almayıb, xəcalət hissi keçirməyib, utanıb-ölüb yerə girməyib.

Yalnız şəhid atası Prezident Administrasiyasına üz tutandan, oradan Sabunçu İcra Hakimiyyətinə göstəriş veriləndən, ən nəhayət, Adil Vəliyev icazə verəndən sonra şəhid bulağı bərpa olunub.

Redaksiya olaraq, məsələ ilə bağlı Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənova zəng vurub münasibətini öyrənməyə çalışdıq. Sədr qəsəbədə uşaqdan-böyüyə hamıya məlum olan və nifrət doğuran bu hadisənin baş verdiyini təkzib edə bilmədi, lakin məsuliyyəti öz üzərindən uğursuzcasına atmağa çalışdı. Bildirdi ki, bulağı o özü yox, müavini sökdürübmüş.

Təbii ki, bu bəhanələrin yeri yoxdur. Bələdiyyə başqanları artıq anlamalıdırlar ki, indiyədək ancaq və ancaq satdıqları, pulunu icra başçıları ilə bölüşdükləri torpaq Vətəndir və özü də məhz uğriunda canından keçən şəhidlərin qanı bahasına Vətəndir.

Mövzunu davam etdirəcəyik.Nyus.Az

 

 
Sabunçunun icra başçısı “virus var” deyə qazilərlə görüşmədi !

Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyev canını çox istəyir. Ona görə vətən uğrundan canından keçən və sağlamlığını itirən Qarabağ müharibəsinin qaziləri ilə virus var deyə görüşməkdən imtina edir.

AMİA.AZ xəbər verir ki, bu günlərdə Vətən müharibəsində iştirak etmiş bir qrup qazi Sabunçu rayon İcra Hakimiyyətinə gedərək Adil Vəliyevlə görüş istəyiblər.

Qazilərimiz problemlərinin eşidilməsi üçün icra başçısının qəbuluna düşmək istəsələr də, mümkün olmayıb. Çünki icra başçısı pandemiyanı səbəb göstərərək onları qəbul etməyib.

Halbuki Ali Baş Komandan İlham Əliyev qazilərlə görüşəndə onlardan xahiş etmişdi ki, tibbi maskanı çıxarsınlar.

Ancaq prezidentin Sabunçu rayonunda səlahiyyətli nümayəndəsi Adil Vəliyev dövlət başçısının nəzakətli addımına qarşı gedərək, sanki qazilərdə virus var deyə görüşməkdən yayınır.Reportyor.info

Bununla bağlı qazilərin Sabunçu İH önündən video görüntülərini təqdim edirik:

 

Sabunçu rayonunda araşdırmalarımız davam edir. Ardı var...
Ümid Tv Azərbaycan
 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı