SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6574_valideynl-rd-n-sikay-t-bizi-m-kt-bl-r-buraxmirlar-

SON XƏBƏR

Hamısı

Valideynlərdən şikayət: “Bizi məktəblərə buraxmırlar” - AÇIQLAMA

(2 Yil, 6 Ay öncə) 777 İzlenme 0 Yorum
Valideynlərdən şikayət: “Bizi məktəblərə buraxmırlar” - AÇIQLAMA

Azərbaycanda övladlarının təhsili, onlara verilən kitabların təhvil alınması və digər məsələlərlə bağlı məktəblərə getmə zərurəti yaranan valideynlərdən COVID-19 pasportu tələb olunur. 

Bu barədə Oxu.Az-a həmin problemlə üzləşən bəzi valideynlər məlumat verib.

Onların sözlərinə görə, tələb olunan sənəd məsələlərinin həlli üçün məktəbə daxil olmaq istəsələr də, buna icazə verilmir.

 

Səbəb kimi isə Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixdə 275 nömrəli Qərar qəbul edilib:

“Sözügedən qərarda məktəbin əməkdaşlarının vaksinasiya məsələləri öz əksini tapıb. 
Valideynlərin məktəblərə buraxılmaması halları isə əsasən, məktəbin içərisində sıxlığın yaranmaması məqsədini güdür. Bununla belə, məktəbdə sənəd məsələlərinin həlli üçün məktəb rəhbərliyi ilə görüşmək istəyən valideynlərin müraciətinə fərdi qaydada baxılaraq, valideynlərə bunun üçün şərait yaradılır.

Eləcə də şagirdlərin dərsliklərini götürməyə məktəbə çağırılan valideynlər üçün müəyyən vaxt ayrılır və dərsliklər sinif müəlliminin özü tərəfindən məktəbin foyesində, yaxud məktəbin həyətində valideynlərə paylanılır”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.

İlhamə Əbülfət


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı