SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6532_ali-bas-komandan-v-t-n-muharib-sind-ki-ozun-inamin

SİYASƏT

Hamısı

Ali Baş Komandan Vətən müharibəsindəki özünəinamından DANIŞDI

(2 Yil, 7 Ay öncə) 480 İzlenme 0 Yorum
Ali Baş Komandan Vətən müharibəsindəki özünəinamından DANIŞDI

“Mən prinsipcə sakit və təmkinli insanam. Və mən dəfələrlə öz müsahibələrimdə demişəm ki, hər hansı bir dövlət xadimi, xüsusən də dövlətdə birinci şəxs vəzifəsini tutanlar hisslərini gündəlik vəzifələrinin xaricində qoymalıdırlar. Əlbəttə ki, hər bir insanın emosiyası var və biz hansısa formada onu büruzə veririk, ancaq çalışdığım illər ərzində, ehtimal ki, hisslərimi kənarda saxlamağa imkan verən keyfiyyətləri özümdə inkişaf etdirmişəm”.

 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə jurnalistin “Müharibə zamanı hər kəs ilk növbədə Ali Baş Komandanın necə davrandığına, necə çıxış etdiyinə və necə danışdığına diqqət yetirir. Hər kəs Sizin necə sakit, təmkinli və özünəinamlı olduğunuza diqqət yetirdi. Əzminiz, inamınız və sakitliyiniz nəyə əsaslanırdı?” sualına cavabında deyib.

“44 günlük müharibə zamanı biz heç bir təxribata uymadıq. Hətta düşmən Azərbaycan şəhərlərinə zərbələr endirəndə, bizim uşaqlarımızı və qadınlarımızı öldürəndə biz eyni hərəkətlə onlara cavab vermirdik, biz onların şəhərlərini bombalamırdıq. Hərçənd ki, bizi boğan duyğuları başa düşmək mümkün idi. Amma biz vicdanla mübarizə apardıq, beynəlxalq humanitar hüquqa hörmət etdik və müharibə cinayətləri törətmədik. Müharibənin ilk günündən hərbi cinayət törədən hərbçilərin ağır şəkildə cəzalandırılacağına dair ciddi göstərişlər verdim.

 

Fikrimcə, dediyim bu faktorlar, üstəgəl tarixi ədalətə inam sizin sualınızı xarakterizə edir. Sonra cəmiyyət və hərbi komandanlıq üçün Prezidentin sakit, özünəinamlı, təmkinli olması, qələbəyə inanması çox vacibdir. Bu, onları ruhlandırır və onları bunu tabeliyində olanlara ötürür, bütün bunlar hansısa elektrik impulsu ilə bütün vertikala ötürülür – yüksək hərbi rəhbərlikdən sıravi döyüşçüyə qədər. Və bütün bunlar bütün cəmiyyətə ötürülür. 

Vacib olan odur ki, hərbi əməliyyatlar başlanandan biz uzun müddətdir gözlədiyimiz qələbəni hiss etdik. Mən artıq demişəm ki, 27 sentyabrda bir çox yaşayış məntəqələri azad edilib. Və Azərbaycan cəmiyyəti praktiki olaraq hər gün müraciətlərim və çıxışlarım zamanı məndən yeni xəbərlər gözləyirdilər. Bir neçə gün fasilə olanda hamı düşünürdü: Heç nə baş verməyib? Axı hamı Azərbaycan Ordusunun irəli getməsinə öyrəşmişdi. Əlbəttə ki, bir anlayış var idi: müharibə gözlənilməzdir. Son dərəcə çətin ərazi relyefi, düşmənin eşelonla möhkəmləndirilmiş əraziləri və qurduğu çoxsaylı müdafiə xətlərini aşmaq ehtiyacını nəzərə alaraq, nümayiş etdirdiyimiz yüksək sürətlə irəliləmək çox çətin idi.

 

Biz əməliyyatları elə planlaşdırmışdıq ki, itkilər mümkün qədər minimal olsun. Buna görə də əks-hücum əməliyyatı aparan Azərbaycanın itkilərinin “taktiki olaraq geri çəkilən” Ermənistandan daha az olması təəccüblə qəbul edildi.

Hesab edirəm ki, bu amillərin birləşməsi məndə, Azərbaycan ordusunda və Azərbaycan xalqında inam yaratdı”, - deyə, dövlət başçısı vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı