SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6461_quba-mes-sind-n-x-rac-alan-nazir-muavini-kimdir-vi

REGİON

Hamısı

Quba meşəsindən XƏRAC ALAN NAZİR MÜAVİNİ KİMDİR? - VİDEO

(2 Yil, 6 Ay öncə) 540 İzlenme 0 Yorum
Quba meşəsindən XƏRAC ALAN NAZİR MÜAVİNİ KİMDİR? - VİDEO

Ölkəmizin meşələrində yaşıl soyqırımların həyata keçirilməsi haqqında yüzlərlə fakt təqdim etməklə yazılar dərc etmişik və davam edirik.Bölgələrdən gələn şikayətlərin mütləq əksəriyyəti yaşıllıqların məhv edilməsi ilə bağlıdır.Ancaq nə fayda, bütün bu soyqırımların başında birbaşa ETSN dayanır.Elə bu məsələ ilə bağlı növbəti video faktı şikayətçinin dili ilə diqqətinizə çatdırırıq.
Şikayətçi:Bura Quba regional meşə təsərrüfatı mərkəzinin ərazisidir.Bu ağaclar qırmızı kitabda olan Dəndə, Fıstıq, palıd ağaclarıdır.1 metrlik olmaqla material üçün kütləvi şəkildə qırılıb.Meşələri doğramaga şərait yaradanlar,Quba regional meşə təsərrüfatı mərkəzinin rəisi Şahlar,baş inspektor Elvin və şöbə müdiri Hüseyndir.Onların göstərişi əsasında meşələr vəhşicəsinə qırılır.Bu ağaclar qırmızı kitabda olan iynəyarpaqlı palıd,dəndə və fıstıq ağaclarıdır.Yanvar ayından başlayaraq meşələrimiz talan edilir.
Möhtərəm prezident!Quba regional meşə təsərrüfatı mərkəzinin rəisi və sair şəxslər deyirlər ki,qanun yoxdur, hökumət yoxdur,ağac kəsmək üçün yaranıb.
Bəs onda niyə dövlət başçımız cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə kütləvi yaşıllıqların salınması üçün müvafiq göstərişlər vermişdir.Deməli, prezident insanlara oksigen bəxş etmək istəyir, bunun vacibliyini bilir.Təəssüf ki,Quba meşələrində 100 minlərlə ağac kəsilib,ancaq rəsmi qurumlar bunu görməməzlikdən gəlirlər.Bir qrup şəxs tərəfindən meşələrimiz talan edilir.Quba regional meşə təsərrüfatı mərkəzinin rəisi və kollektivi bir az da olsa vicdanlı davransınlar.Belə Allahsızlıq,belə vəhşilik olmaz.
Hər bir meşə gözətçisinə hədə-qorxu gələrək deyirlər ki, meşə qırılmasa vəzifədən kənarlaşdırılıb, işdən azad olunacaqsan.Bu minvalla meşə gözətçiləri kənara çəkilir və rəhbərlik öz qohum-əqrəbası ilə şəxsi avtomobillərdən istifadə etmək yolu ilə meşələri doğrayaraq mebel sexlərinə, yeşik sexlərinə satırlar.Bu ilin yanvar ayından etibarən meşələr dayanmadan heç bir əsaslandırma aparılmadan qırılır.Buna təbiət dözər?
2020-ci ildə rayonda idarə və təşkilatlar lazımi qaydada odun yanacağı ilə təmin olunmayıb.Bəs bu qədər odun qırılaraq hara gedib?
Bura isə Quba rayon Möhüc meşəbəyliyidir.2021- ci il 10 sentyabr tarixi.Meşə gözətçisinin adı Ağami və Ağagüldür.Burada da ancaq sağlam ağacları kəsərək aparıblar.Meşə dilində desək ayaq üstə yalnız sanitarnı ağaclar qalıb.Qubada 50-sayda meşə bu vəziyyətdədir.Ən acınacaqlı vəziyyət Vəlvələ-Şudux meşələrindədir.10 minlərlə palıd ağacı Elşən Qurbanov tərəfindən qırılaraq talan edilib.İdarə müdıri bir maşın palıdı,dəndəni 1000 manata satır.Hara baxır ekologiya və təbii sərvətlər nazirliyi?
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev,hər ayın axırıncı həftəsində Qubaya gəlir və 70.000-80.000 manat rüşvət aparır.Buna görə də meşələr qırılmaqda davam edir.Bakıda bir ağac kəsəndə 2000-2500 manat cərimə yazırlar.Ancaq yanvar ayından indiyədək Quba-Qusar meşələrində 120.000-dən artıq ağac kəsilib,heç bir tədbir görülmür.
Redaksiyadan:Biz artıq yəqinləşdirmişik ki, ölkə meşələri birbaşa ETSN razılığı və göstərişi əsasında qırılır və bu işlərdən əldə olunan gəliri meşələrin inkişafı xidməti departamentinin rəisi Namik Xıdırov və nazir müavinləri toplayırlar.Buna görə edilən şikayətlər heç bir nəticə vermir.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. azinfo.tv



 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı