SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6427_roland-bidjamov-ist-nil-n-inkisaf-ssenarisini-isti

SON XƏBƏR

Hamısı

Roland Bidjamov: “İstənilən inkişaf ssenarisini istisna etmirəm. Üçüncü müharibə ola bilər”

(2 Yil, 7 Ay öncə) 2,97 B İzlenme 0 Yorum
Roland Bidjamov: “İstənilən inkişaf ssenarisini istisna etmirəm. Üçüncü müharibə ola bilər”

“Azərbaycanla Ermənistan arasında hadisələrin inkişafı ilə bağlı istənilən variantı istisna etmirəm”.

Bu barədə Oxu.Az-a rusiyalı tanınmış şərqşünas, siyasi elmlər namizədi Roland Bidjamov açıqlama verib.

Ekspert Azərbaycan və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu iştirakçı statusu almasının mümkünlüyünü şərh edərkən bildirib:

“Niyə də olmasın? Söhbət ŞƏT-də iqtisadi əməkdaşlıqdan gedir. İqtisadiyyat isə istənilən münaqişəni həll edir, hətta Ermənistan-Azərbaycan münaqişəsi kimi köhnəlmiş münaqişələri də.

Əgər söhbət KTMT-dən getsə, bəli, həm Azərbaycanı, həm də Ermənistanı eyni zamanda bu təşkilatda görmək qəribə olardı. Amma Şanxay Əməkdaşlıq Təşkilatı fərqlidir. Və bu, region ölkələrinin ortaq dil tapmasına imkan verəcək başqa bir platforma olacaq”, - deyə o bildirib.

Şərqşünas tərəflərin hələ də sülh müqaviləsi bağlamamasına da toxunub:

“Əgər söhbət ŞƏT-dən gedirsə, deməli, həm Azərbaycan, həm də Ermənistan bu təşkilatın tərəfdaşıdır. Bu onlara nə verir - yalnız ölkələrinizin hökumətləri bunu bilirlər.

Amma Azərbaycanla Ermənistan arasındakı münasibətlərə toxunmaq istəyirəm. Əvvəla, mən Tbilisidənəm, burada doğulub böyümüşəm. Mənim üçün Qafqazda yaşayan bütün xalqlar doğmadır.

Qafqazda baş verənlərə münasibətimi başa düşməyiniz üçün bunu deyirəm. Təəssüf ki, Azərbaycanla Ermənistan arasında hadisələrin inkişafı ilə bağlı istənilən variantı istisna etmirəm. Üçüncü müharibə ola bilər. Bəlkə də nəqliyyat kommunikasiyasını açmaq və normal bir həyat qurmaq mümkün olacaq.

Sülhə gedən yol uzundur, amma ümid edirəm ki, bu istiqamətdə uğur qazanacaqsınız. Çox şeydə Leninin milli siyasəti, daha sonra Mixail Qorbaçovun siyasəti günahkardır – o SSRİ-nin dağılması zamanı postsovet məkanında baş verən hadisələrə məsuliyyət daşıyır. Bilmirəm, Mixail Qorbaçov bunu başa düşür və ya düşə biləcək mi? Amma o tam səriştəsizlik nümayiş etdirdi”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı