SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6386_sabuncunun-icra-bascisi-adil-v-liyev-g-ncl-r-m-rk-

SON XƏBƏR

Hamısı

SABUNÇUNUN İCRA BAŞÇISI ADİL VƏLİYEV GƏNCLƏR MƏRKƏZİNİN YERLƏŞDİYİ PARKDA OBYEKT YERİ SATIR – İDDİA

(2 Yil, 7 Ay öncə) 121,56 B İzlenme 0 Yorum
SABUNÇUNUN İCRA BAŞÇISI ADİL VƏLİYEV GƏNCLƏR MƏRKƏZİNİN YERLƏŞDİYİ PARKDA OBYEKT YERİ SATIR – İDDİA

ÜMİDTV:       Son zamanlar Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin adı mətbuatın gündəmindən düşmür.  Redaksiyamıza da Adil Vəliyevlə bağlı məlumatlar və müraciətlər daxil olmaqdadır. İddia olunan məlumatların əksəriyyəti, Adil Vəliyev Sabunçu rayonuna Başçı təyin olunandan rayon ərazisini talan etmək ilə bağlı olsa da, bu məlumatların arasında daha çox diqqət çəkən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yenidən qurulan, təxminən 2.3 hektar ərazisi olan Parkda obyekt yerinin  satılmasında İcra Başçısının adının hallanması oldu. İddia olunan məlumatların nə dərəcədə həqiqətə uyğun olmasını araşdırmaq məqsədilə, ilk öncə yolumuzu Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə saldıq.

Qeyd edək ki, Qanunvericilikdə nəzərdə tutulmasa da, Sabunçu rayonunda çəkiliş və araşdırma aparmağımızla bağlı rəsmi yazılı məlumatı aidiyyatı dövlət təşkilatlarına, o cümlədən də Sabunçu rayon İcra hakimiyyətinə göndərmişik. 

Belə ki,  Bakı Gənclər Mərkəzinin yerləşdiyi Parkın ərazisinə daxil olduqda ilk gözə görünən,  Parkda böyük biznes şəbəkəsinin fəaliyyət göstərdiyinin şahidi olursan. Parkda yerləşən Bakı Gənclər Mərkəzinin ətrafı açıq hava tipli restoran şəbəkəsini xatırladır. Aydındır ki, belə bir biznes bazasının Parklarda yerləşdirilməsi qanunsuzdur. İddiaya görə bu Parkda fəaliyyət göstərən pullu biznes məkanları Sabunçunun səlahiyyətli şəxsləri tərəfindən himayə edilir. Bəzilərinin obyekt yeri kimi icarəyə verildiyi iddia olunur. Bu məsələnin bir tərəfidir.

Məsələnin ən önəmli tərəfi  həmin Parkda İcra Başçısı Adil Vəliyevin yaxın admalarının adına qeyri yaşayış sahəsi kimi müəyyən bir ərazini rəsmiləşdirməsinin iddia olunmasıdır.  İddia olunur ki, hətta həmin sahənin rəsmi Çıxarışı belə mövcuddur. Həmin Çıxarış əsasında da rəsmiləşdirilən ərazinin hazırda satışa çıxarılması bildirilir. Hazırda Parkın rəsmiləşdirilən və satışda olan faktiki Adil Vəliyevə məxsus olduğu iddia edilən hissəsində ŞAURMA  1 adlı açıq hava tipli restoran fəaliyyət göstərir.

Əlbətdə sözügedən məsələ ilə bağlı  iddiaların Adil Vəliyevə nə dərəcədə aid olmasını, həmin Parkda həqiqətən də kimlərinsə adına rəsmi Çıxarışın olmasını və həmin ŞAURMA 1 adlı biznes sahəsinin yerləşdiyi iddia olunan qeyri yaşayış sahəsinin hazırda Çıxarış əsasında satışa çıxarılmasını təsdiqləmək səlahiyyəti kütləvi informasiya vasitələrinin hüquqlarına aid edilməmişdir.  Media və mətbuatın əsas vəzifəsi qərəzsiz və obyektiv araşdırma aparmaqla iddia olunan məlumatı ictimailəşdirmək və əldə olunan məlumatları araşdırmaq üçün aidiyyatı üzrə səlahiyyətli dövlət orqanlarına göndərməkdir.  Biz də media olaraq Sabunçu rayonu ərazisində apardığımız araşdırmalarla bağlı bütün faktları, yayımladıqdan sonra Qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə göndərəcəyik.  

Bakı Gənclər Mərkəzinin yerləşdiyi Parkda açıq havada biznes məkanlarının fəaliyyət göstərməsi açıq aydın görünür. Lakin İcra Başçısı Adil Vəliyevə aid iddia olunan məlumatın nə dərəcədə həqiqət olmasını araşdırmaq vəzifəsi səlahiyyətli orqanların üzərinə düşür.

Qeyd edək ki, Sabunçu rayonunun iddia olunan ərazilərində çəkiliş aparılarkan bir çox özbaşınalıqların və qanunsuz halların şahidi olduq.  Növbəti yazımızda və Ümid Tv Azərbaycan kanalının xəbərlər proqramında xüsusi buraxılış olaraq bu rayonun ərazisində aparılan araşdırmalarla bağlı faktları oxucu və izləyicilərimizə təqdim edəcəyik.

İnanırıq ki, sayıtımızda dərc olunan və kanalımızda yayımlanan informasiyalar aidiyyatı qurumlar tərəfindən ciddi şəkildə araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Onu da bildirək ki, iddia olunan məsələ ilə bağlı mövqey bildirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da rəsmi cavab ala bilmədik.

İddia olunan məsələ ilə bağlı qarşı tərəf rəsmi mövqeyini bildirərsə dərc etməyə hazırıq.

Ardı var....

ÜmidTv Azərbaycan

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı