SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6380_bayram-s-f-rov-ozbasina-deyil-m-ki-susada-ev-tikdi

SON XƏBƏR

Hamısı

Bayram Səfərov: “Özbaşına deyiləm ki, Şuşada ev tikdirim”

(2 Yil, 7 Ay öncə) 878 İzlenme 0 Yorum
Bayram Səfərov: “Özbaşına deyiləm ki, Şuşada ev tikdirim”

“Şuşada gedən bərpa və yenidənqurma işlərindən xəbərim var. Şuşaya gedəndə orada aparılan işlərlə yaxından tanış oldum, bərpa işləri sürətlə davam etdirilir”.

Bu sözləri Şuşanın icra başçısı Bayram Səfərov deyib. O xatırladıb ki, müharibədən sonra Şuşada yerləşən ata evini tapıb:

“Gedib evimizi ziyarət etdim, baxdım. Dağılıb... Bərpa etməyi arzulayıram. Göstəriş necə verilərsə, ona uyğun bərpa edəcəyəm. Bilirsiniz ki, Şuşanın planı hazırlanıb, özbaşına deyilik ki, istədiyimiz kimi haranı isə qurub düzəldək, nə isə tikək. Ali Baş Komandanımız Şuşanın bərpasına çox önəm verir, müvafiq tapşırıqlarını verib, o qədər zəhmət çəkilib. El necə, mən də elə... Məsləhət nə olsa, ona uyğun işimizi görəcəyik.

Şuşaya gedəndə ən təsirləndiyim elə torpağımı yenidən görməyim oldu. Ən gözəl iş Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi idi. Dağıntılar var. Nə edək?! Hamısı erməni vandalizminin sübutudur. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, özümüz də bərpa edəcəyik”.

İcra başçısının sözlərinə görə, artıq şuşalılar doğma yurdlarına qayıtmaq istəyirlər:

“Amma onların istəyi ilə deyil ki... Orada yaşamağa şərait olmalıdır, uşaqların məktəbdə oxumağı üçün təhsil müəssisələri qurulmalıdır, tibb xidməti təmin edilməlidir, bütün vacib işlər görülməlidir. Ölkə rəhbəri nə zaman qərar qəbul edərsə, əhalinin Şuşada yeni tikilən evlərdə məskunlaşması üçün şərait olacaqsa, onda şuşalılar ora köçəcəklər”.

Şuşa şəhərinin açıq muzey olduğunu vurğulayan Bayram Səfərov bərpa-quruculuq işləri ilə bağlı təkliflərini də səsləndirib:

“Mən istərdim ki, görkəmli şəxsiyyətlərimizin oradakı ev muzeyləri, digər mədəniyyət nümunələri elə bərpa edilsin ki, tarix və müasirlik qovuşsun. Bütün Şuşaya gələn qonaqlar şəhərin qədim tarixini görə bilsinlər və bu günü ilə müqayisə etsinlər.

Sentyabrın 18-i Şuşada Musiqi Günü ilə bağlı yüksək tədbirlər keçiriləcək. Yəqin ki, artıq xarici qonaqlar üçün tanıtım lövhələri qurulub, şəhərimizin ermənilərdən qalan çirkabı təmizlənib, dağıntılar yığılıb. Xarici qonaqların daha gözəl Şuşa ilə qarşılaşacağına inanıram. Dəvət olunsam, mən də festivala qatılacağam”.

Mənbə: Modern.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı