SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6328_miq-imtahaninda-yuks-k-n-tic-gost-rmis-ilkin-zizli

MARAQLI

Hamısı

MİQ imtahanında yüksək nəticə göstərmiş İlkin Əzizlinin həyat hekayəsi

(2 Yil, 7 Ay öncə) 7,78 B İzlenme 0 Yorum
MİQ imtahanında yüksək nəticə göstərmiş İlkin Əzizlinin həyat hekayəsi

El-obasına bağlı olan insanlar həmişə gözümdə üstün insanlar olub. Mən də həmişə bacardığım qədər öz el-obamı üstün tutmağa, ona müsbət mənada xeyir verməyə çalışmışam.
27 yaşım olsa da, bu vaxta qədər bir neçə məktəbdə fəaliyyət göstərmişəm.
 Lerik şəhərində 4 məktəb fəaliyyət göstərir. Bu məktəblərin 3-də müəyyən zamanlarda dərs demişəm. Hər məktəbdə sevimli şagirdlərim olub. Onların rəğbətini qazanmağa çalışmışam.
2019-cu ildə nazirlik tərəfindən zəng olunaraq bir neçə kənd məktəbində fəaliyyət göstərmək təklif olundu. Kəndlərin rayonla məsafəsi uzaq olduğu üçün və səhhətim buna imkan vermədiyi üçün işləyə bilmədim. 
2019-cu ildən məlum oldu ki, böyrək çatışmazlığından əziyyət çəkirəm. Həkim böyrək transplantasiyasının vacib olduğunu bildirdi!
Allahın, anamın və siz xeyirxah insanların sayəsində çox yubanmadan hər şey öz həllini tapdı. 2021-ci il yanvarın 13-də gözlədiyimiz əməliyyat baş tutdu.  Həmin gün həm sevincli, həm də çox həyəcanlı idim. Sözün düzü, bu cür ağır əməliyyatdan çox qorxurdum. Allaha çox şükürlər olsun ki, əməliyyat uğurla başa çatdı. Bir ay özümü çox yaxşı hiss etdim. 
Əməliyyatdan bir müddət keçdikdən sonra özümü çox pis hiss etməyə başladım. Nahara, günortaya peçenyenin bir parçasını yeməklə kifayətlənirdim. Bu bəlanın nə olduğunu həkimlər də dəqiq müəyyənləşdirə bilmirdilər. Allah Elnur Fərəcov doktordan razı olsun. Onun sayəsində bildik ki, bağırsağıma virus düşüb. Bu virusun ağrısı-acısı, mənim fikrimcə, əməliyyatın ağrısından da dəhşətli idi!
Elnur doktorun müalicələrindən sonra təxminən mart ayında çox çətinliklə də olsa, bu bəlanı özümdən dəf edə bildim! 
Tez-tez həkimə gedir, sistemlər köçürülürdü. Bu çətinliklər içərisində bacardığım qədər kitabları da mütaliə edirdim. Qarşıma məqsəd qoymuşdum ki, müəllimlərin işə qəbulu imtahanına hazırlaşıb yüksək nəticə əldə edim.
Xəstəxanaya gedərkən belə vaxtımı boşa vermək istəmirdim. Çətin də olsa, həkimin növbəsi mənə çatana qədər telefona yüklədiyim testlərdən, məlumatlardan oxuyurdum. Evdə də əlimdən gələni edirdim. Allaha şükürlər olsun ki, zəhmətimiz boşa getmədi. İmtahanda uğur qazandım.
Müsahibə mərhələsində müəllimlərdən biri mənə sual verdi ki, topladığınız bu balla niyə məhz rayonu seçdiniz?
Mən cavab verdim ki, uşaqlıqdan arzum olub ki, öz doğma el-obamda uşaqlara elm öyrədim, dərs keçim. O mənə dedi ki, el-oba deyərkən nə üçün məhz öz rayonunuzu nəzərdə tutursunuz. Axı Azərbaycanımızın digər rayonları da var. Mən bir cümlə ilə cavab verdim:" Vətən doğulduğun yerdən başlayır". Həmçinin rayonlarda təhsil alan şagirdlərin bizlərə daha çox ehtiyacı olduğunu vurğuladım. 
Allahdan arzu edirəm ki, bizə can sağlığı versin. Can sağlığımız olsun ki, bu sevimli peşəmizi davam etdirək. 
Şəkildən  gördüyünüz kimi seçdiyim məktəb dağların əhatəsində yerləşir. Bu dağların əhatəsindən hələ çoxlu peşə sahibləri yetişib dünya təhsilinə öz töhfələrini verəcəklər!


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı