SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6308_narkotik-biznesin-boyuk-z-rb-bakida-dordu-qadin-ol

SON XƏBƏR

Hamısı

Narkotik biznesinə böyük zərbə: Bakıda dördü qadın olmaqla 32 narkotacir saxlanılıb - FOTO

(2 Yil, 8 Ay öncə) 499 İzlenme 0 Yorum
Narkotik biznesinə böyük zərbə: Bakıda dördü qadın olmaqla 32 narkotacir saxlanılıb - FOTO

ÜMİDTV:     Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 32 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Əbülfəz İmanov saxlanılıb. Onun üzərinə və qəsəbə ərazisində yaşadığı evə baxış zamanı ümumi çəkisi 1 kiloqram 13 qram olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Tural İsmayılov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan və evinə keçirilən baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 800 qram heroin, 4 qrama yaxın psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.  

Həyata keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib. Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərlan Sadıqov, Əlimurad Cərullayev, İsmayıl Səlimov, Vüqar Həşimov, Namaz Dadaşov, Rauf Əsgərov, İsmayıl Əliyev, Bilal Qurbanlı və Həmid Mehbullayev saxlanılıblar. Bu şəxslərdən də külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha yeddi nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Elcan Şahverdiyev, Ərxan Qurbanov, Qurban Qurbanlı, Əli Əlizadə, Eldəniz Qasımov, Səkinə Namazova və Nərmin Muradova tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 14 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Hüseyn Əliyev, İsmayıl İsmayılov, Ziya Şükürov, Cavidan Fərzəliyev, Leyla Aslanova, Günay Bəkirova, Zaur Quliyev, Fikrət Məmmədov, Rəşad Salmanov, Pərviz Əmirbəyov, Ceyhun Məmmədov, Elşən Əliyev, Kamal Baxışov və İlqar Əsmətov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə dörd kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Ruhin Babayev saxlanılaraq polis bölməsinə gətirilib. Polis Bölməsində onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisində sahibsiz evlərin birində gizlətdiyi 2 kiloqram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı