SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6292_murovun-hilal-qartali-

SON XƏBƏR

Hamısı

Murovun “Hilal qartalı”

(2 Yil, 8 Ay öncə) 946 İzlenme 0 Yorum
Murovun “Hilal qartalı”

Mütəllimzadə Ağacavad Ələsgər oğlu 1997-ci il avqustun 14-ü Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 2004 -cü ildə 255 saylı məktəbin 1-ci sinfinə qəbul olub. 9- cu sinfə qədər həmin məktəbdə təhsil alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə yola düşüb. Murovun Hilal zirvəsində xidmət etdiyinə görə və dəmir iradəsinə görə dostları arasında “Hilal Qartalı” deyə çağrılıb. Səfərbərlik elan olun kimi könüllü olaraq döyüşlərə yazılıb və kəşfiyyatçı olaraq döyüşə qatılır.

Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Oktyabr ayının 22-i də Ziyarətgah dağında döyüş yoldaşlarını mühasirədən xilas edərkən qəhrəmancasına şəhid olub. 2020- ci il 26 oktyabr tarixində Maştağa qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və ” Xocavənd rayonunun işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, 14.08.2021 – ci il şəhidimizin doğum günündə Maştağa qəsəbəsində şəhid Mütəllimzadə Ağacavadın adına salınmış bulağın açılışı olub. Təhsil aldığı 255 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivi, doğmaları, şəhidimizin döyüş yoldaşları, şəhidimizin adına salınmış bulağın açılışında iştirak ediblər.

Ruhun şad olsun Vətən oğlu! Torpağlarımız sizin sayənizdə işğaldan azad oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, ailələrinə səbr diləyirik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun!


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı