SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6235_-birlik-qarabag-g-ncl-rinin-h-mr-ylik-dus-rg-si-ba

SON XƏBƏR

Hamısı

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb

(2 Yil, 8 Ay öncə) 1,04 B İzlenme 0 Yorum
“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda keçirilən “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi uğurla yekunlaşıb.

Düşərgənin keçirilməsində məqsəd müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun parlaq qələbəsi ilə reallaşan böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaq, həmçinin müxtəlif təlim və görüşlər vasitəsilə gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etmək olub.

“BirliyimİZ” devizi altında yeddi gün davam edən düşərgədə 80 nəfər Qarabağ gənci “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül” və “Qayıdış” adlı komandalar şəklində iştirak edib.

Düşərgədə gənclər üçün Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və tanınmış simaların iştirakı ilə görüşlər, hər bir komanda üçün şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib.

Düşərgənin 5 iyul tarixində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən bağlanış mərasimində qəhrəman qazilərimiz Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə tədbir zalına gətiriblər. Düşərgə iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov Dövlət Bayrağını düşərgədə iştirak edən şəhid Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi Ləman Həsənovaya təqdim edib.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgədə iştirak edən istedadlı gənclərin təqdimatında Qarabağın mədəniyyətinə aid musiqi, rəqs və şeir kompozisiyaları ilə davam edib. 

Sonda “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin qalibləri açıqlanıb. Birliyimiz nəticəsində əldə olunan böyük Qələbənin simvollarının adını daşıyan komandalarda təmsil olunan Vətən müharibəsi qaziləri düşərgənin qalibləri elan olunublar. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı