SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6185_-z-f-rin-sira-n-f-rl-ri-s-n-dli-film-4-doyuscunun-

SON XƏBƏR

Hamısı

“Zəfərin sıra nəfərləri” sənədli film: 4 döyüşçünün 44 günlük döyüş həyatı - FOTO

(2 Yil, 9 Ay öncə) 13,34 B İzlenme 0 Yorum
“Zəfərin sıra nəfərləri” sənədli film: 4 döyüşçünün 44 günlük döyüş həyatı - FOTO

4 döyüşçünün 44 günlük döyüş həyatında bəhs edən “Zəfərin sıra nəfərləri” sənədli filmi izləyicilərə təqdim olunur.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zəfərin sıra nəfərləri” sənədli filminin süjet xəttini sevgi və qürur, sevinc və kədər, həyəcan və iftixar təşkil edir.

 

“Candan qandan üstün olan bir şey varsa, o da, VƏTƏNdir!” – deyən qəhrəman oğullarımız “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

 

Sentyabrın 27-də başlayan Vətən Müharibəsi Müzəffər Ordumuzun şanlı qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistan dövlətinin 30 il ərzində yaratdığı silahlı qüvvələrini darmadağın edərək, düşməni torpaqlarımızdan qovdu, böyük zəfərə imza atdı. “Zəfərin sıra nəfərləri” sənədli filmində bir vaxtlar isti beşiklərindən qovulan körpə uşaqların, tank belində geri dönərək öz ata-baba torpaqlarını düşməndən necə azad etməsi ön plana çəkilib.

 

Filmdə dörd döyüşçünün – komandirin, ideoloji iş üzrə rəhbərin, tankçı və hərbi tibb xidməti həkiminin timsalında Müzəffər Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan Vətən Müharibəsində yaşananlardan, müqavimət, döyüş və qələbədən bəhs olunur.

 

Filmdə real obrazlardan əlavə Müdafiə Nazirliyinin efirə getməyən döyüş kadrlarından da istifadə olunub. Bakıda - “Qənimətlər Parkı”nda lentə alınan filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatoru Adil Abbasov, bəstəkarı isə Azər Hacıəsgərlidir.

 

4 döyüşçünün 44 günlük döyüş həyatından bəhs edən “Zəfərin sıra nəfərləri” sənədli filmini 31 iyul saat 22:30-da Azərbaycan Televiziyasında izləməyi unutmayın!


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı