SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6178_g-nc-yazarin-maraqli-hekay-si-tik-tak-tik-tak-

MARAQLI

Hamısı

Gənc yazarın maraqlı hekayəsi: "Tik-tak, tik-tak"

(2 Yil, 9 Ay öncə) 1,08 B İzlenme 0 Yorum
Gənc yazarın maraqlı hekayəsi: "Tik-tak, tik-tak"

Pərdənin arxasında gizlənmiş əllərim də saatın acımasız əqrəblərinə toxunurdu.Acımasız söylədim,çünki...Çünki o əqrəblər əllərimin məndən küsüb getdiyini bilə-bilə  saatın tik-tak səslərinə geri dönüb baxmadı...İzlədi,sadəcə izlədi.Başqa heç nə...O əllər qaranlıqda öz otağına çəkilib pərdənin arxasında hönkürtü vurdu,saatın əqrəbləriysə,heç nə olmamış kimi arxasına baxmadan davam etdi.Yenə saat 04:23 və o əqrəblər dəlicəsinə rəqs edirdi.Mənim gözlərim isə aynaya baxıb korluğunun ləzzətini alırdı.Gözlərim görmürdü,istəmirdi görməyi  də.Məni bu yalnızlığa məhkum etmiş dörd divara acı çəkdirirdi gözlərim.Üzümə süzülən yaşlarımsa,gözlərimdən axmırdı,onlar Ayın gecəyə olan sevdasının göz yaşlarıydı.Gəlib mənim üzümdə gizlədirdi damlaları.Yenə tik-tak səsləri,yenə əllərim məndən ayrı.O pərdənin arxasında gizlənmiş əllərim şama toxunaraq öz ömrünün çəkdiyi əzabları yandırıb yaxırdı.Yandır,yandır həsrət çəkən barmaqlarımı,yandır o əllərimlə gözlərimdən sildiyim yaşları-söyləyirdi.Dörd divar tamaşa edirdi bumbuz üzümə.Mənimlə tək qalan gözlərim idi.Göz bəbəklərim də aynanı sındırıb parça-parça olan sınıqları əllərinə alıb gedirdi.Tik-tak səsləri artırdı,artdıqca daha da dəli olurdum.Səhərin açılmasına bir azca qalmış aynanın parçaları birləşmiş,əllərimsə geri dönmüşdü.Saatın əqrəblərimi? Sönmüşdü...Ölü kimi qorxaqcasına tir-tir əsir və o boşluğun içində boğulurdu...Qaranlıqlar dəlisinin həbsxanasına məhkum olmuş əqrəblər tik-tak səslərini belə unudub üsyan edirdi...

Səma Muğanna


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı