SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6172_-beyn-lmil-lci-lil-doyuscul-r-fondu-jurnalistl-ri-

SON XƏBƏR

Hamısı

“BEYNƏLMILƏLÇI ƏLIL DÖYÜŞÇÜLƏR” FONDU JURNALISTLƏRI TƏBRIK EDIB

(2 Yil, 9 Ay öncə) 4,13 B İzlenme 0 Yorum
“BEYNƏLMILƏLÇI ƏLIL DÖYÜŞÇÜLƏR” FONDU JURNALISTLƏRI TƏBRIK EDIB

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı 146 il əvvəl əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib. Dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini – əvvəlcə çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir zaman, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq həmişə sözünü deməyə çalışıb, mütərəqqi ideyaların və həqiqətin carçısı olub, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvvəzsiz rol oynayıb. Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirib. Ulu öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılaraq uğurla davam etdirilir Müstəqil mətbuatımızın təşəkkül tapdığı bu 30 il ərzində mətbuat çox böyük nailiyyətlər qazandı. Milli azadliq hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycan dövlətinin müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi. Azərbaycanın mətbuat işçiləri, respublikamızda dövlət siyasətinin həyata keçirilməsində, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, müstəqil ölkəmizin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində və eləcdə Azərbaycan Silahlı Qüvələrini ilə Vətən Müharibəsində bilavastə yaxından iştirak edərək öz vəzifə borclarını vicdanla yerinə yetirirlər.

Əziz mətbuat işçiləri, dəyərli dostlar! Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan Sizləri 22 iyul – Milli mətbuatımızın yaranmasının 146-ci ildönümü, Milli Mətbuat və Jurnalistika günü münasibətilə kütləvi informasiya vasitələrinin bütün jurnalistlərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə yaradıcılığınzda abyektiv, ədalətli və vicdanla yazaraq yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə, SƏRRAF ORUC, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Azərbaycan Respublikasi Veteranlar Təşkilatın Rusiya Federasiyası üzrə təmsilçisi.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı