SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6158_az-rbaycan-konullul-ri-arasinda-nizami-kvest-intel

SON XƏBƏR

Hamısı

Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi keçirilib

(2 Yil, 9 Ay öncə) 4,67 B İzlenme 0 Yorum
Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi keçirilib

ÜMİDTV:    Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və “Bir Könüllü” Təşkilatının dəstəyi ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar olaraq dahi şairin yaradıcılığının könüllülər arasında təbliği, ədəbi irsinin daha yaxşı öyrənilməsi, eləcə də könüllülərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən “Nizami Kvest” intellektual komanda oyununun final mərhələsi baş tutub. 

 

Xatırladaq ki, Bakı şəhərində keçirilən ilk mərhələdə kvesti bütün komandalardan tez başa vuran “Bakı Şəhər Halqası” komandasının könüllüləri Gəncə şəhərində keçirilən final mərhələsində paytaxtı təmsil etmək hüququ qazanıblar. Həlledici yarışda Bakı və Gəncə şəhəri, eləcə də Samux, Göygöl, Şəmkir və Goranboy rayonlarını təmsil edən könüllülərdən ibarət 6 komanda iştirak edib. Oyunun qaydalarına əsasən komandalar Gəncə şəhərinin müxtəlif ərazilərində dahi şairin həyat və yaradıcılığı ilə bağlı hazırlanan sualların cavablarını xüsusi ipucları vasitəsilə həmin məkanlarda taparaq birincilik uğrunda mübarizə aparıblar.

 

Yekunda başlanğıc nöqtəsinə bütün komandalardan tez qayıdan və kvesti ilk başa vuran Gəncə komandasının könüllüləri yarışın qalibi olublar. Samux rayonu və Bakı şəhərini təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok və dəyərli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən, xüsusilə regionlarda könüllülərin böyük maraqla qarşıladıqları bu tip intellektual yarışların növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı