SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6130_bakinin-bes-rayonunda-pati-m-liyyati-narkotacirl-r

SON XƏBƏR

Hamısı

Bakının beş rayonunda “patı” əməliyyatı: Narkotacirlər ələ keçdi - FOTO

(2 Yil, 9 Ay öncə) 1,06 B İzlenme 0 Yorum
Bakının beş rayonunda “patı” əməliyyatı: Narkotacirlər ələ keçdi - FOTO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş İdarənin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb.

Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar.

Onların üzərindən və Kamil Rəşidovun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı ümumilikdə doqquz kiloqram heroin və 1 kiloqram 50 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Vüqar Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri, yəni heroini və “patı” adlanan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli idi.

Baş İdarə əməkdaşlarının Yasamal və Xətai rayonlarında həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Vüsal İbrahimov və Babək Ağayev saxlanılıblar. Həmin şəxslərdən, həmçinin onların yaşadıqları ünvanlardan müvafiq olaraq 21 və 165 qram metamfetamin, eləcə də, heroin aşkar edilib.

Baş İdarə əməkdaşlarının paytaxtın Nizami rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər əvvəllər məhkum olunan Elşən Əyyubov və Samir Əliquliyev saxlanılıblar. Onlardan ümumilikdə yeddi qrama yaxın narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Nərimanov rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Azər Fətullayev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdə 725 qram heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar olunub.

İdarə əməkdaşları tərəfindən Xəzər rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan Binə qəsəbəsi sakini Cavid Cəfərov və Buzovna qəsəbəsi sakini Şahrza Məlikov saxlanılıblar. Onlardan müvafiq olaraq 150 və 67 qram heroin və metamfetamin aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında həyata keçirilən əməliyyatlar Baş İdarənin sosial şəbəkələrdəki yeni yaradılan səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatları göndərən şəxslərə Baş İdarə adından təşəkkürümüzü bildiririk.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı