SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6084_olk-d-narkotik-ucuzlasir-s-b-bl-ri-n-dir-din-aciql

SON XƏBƏR

Hamısı

Ölkədə narkotik ucuzlaşır: Səbəbləri nədir? - DİN AÇIQLADI

(2 Yil, 9 Ay öncə) 2,00 B İzlenme 0 Yorum
Ölkədə narkotik ucuzlaşır: Səbəbləri nədir? - DİN AÇIQLADI

“Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar iddia edir ki, guya ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir. Narkotik vasitələri və psixotrop maddələri istifadə edən şəxslərin sayının artmasını və qiymətin ucuzlaşmasını bununla əlaqələndirirlər”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nəcəf Aydınoğlu deyib. O bildirib ki, bununla əlaqədar keçirilən əməliyyat prosesində iddialar öz təsdiqini tapmayıb:

“DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən bu barədə gedən söhbətlərlə əlaqədar əməliyyat tədbirləri həyata keçirilib. Şübhə doğuran bir sıra hallar tərəfimizdən yoxlanılıb. Lakin ölkə ərazisində narkotik vasitələrin istehsalını və satışını həyata keçirən hər hansı şəxs tərəfimizdən müəyyən edilməyib. Buna görə deyə bilmərik ki, ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir”.

N.Aydınoğlu qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qiymətinin azalmasının və istifadəçilərin sayının çoxalmasının səbəbi narkotacirlərin qiymətləri süni şəkildə azaltmasıdır:

“Qiymət azalmasını səbəbi bəzi şəxslərin ölkə ərazisində narkotiklərin satışını təşkil edəcək narkokuryerləri tapa bilməməsidir. Bu, DİN və hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri ilə bağlıdır. Narkokuryerlər qiymət baha olduğundan satış həyata keçirə bilmədikləri üçün narkotik vasitə ala bilmirdilər. Bu səbəbdən ölkə xaricində narkotacirlər qiymətləri süni şəkildə azaldır və onun yayılmasına süni şəkildə şərait yaradırlar.

Bundan başqa narkotik vasitə istifadə edən şəxslərin sayının artması səbəblərindən biri də sosial şəbəkələrdə narkotik vasitələrin faydalı olması barədə fikirlərin səslənməsidir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı