SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6037_supermarketd-t-saduf-n-rastlasan-qizlar-kiz-baci-o

MARAQLI

Hamısı

Supermarketdə təsadüfən rastlaşan qızlar əkiz bacı olduqlarını öyrəndilər

(2 Yil, 10 Ay öncə) 989 İzlenme 0 Yorum
Supermarketdə təsadüfən rastlaşan qızlar əkiz bacı olduqlarını öyrəndilər

Bir-birlərinin varlığından xəbəri olmayan əkiz bacılar supermarketdə rastlaşdıqdan sonra həqiqəti öyrəniblər.

Malayziyada baş verən əhvalat barədə “New Straits Times” xəbər verib.

Bildirilir ki, Adriani və Adriana İvana adlı qızlar 19 il əkiz bacı olduqlarını hesab ediblər.

Onların görünüşü fərqli olsa da, bunu ayrı yumurta əkizləri olması ilə izah ediblər.

Adriani və Adriana

Hələ uşaq ikən Adriani motivasiya düşərgəsində olanda başqa məktəbdən olan qızlar onların sinfində Noratira adlı bir qızın oxuduğunu və eynilə ona oxşadığını deyiblər. Yeni tanışları sosial şəbəkədən həmin qızın şəklini də göstəriblər və Adrianinin özü oxşarlıqdan heyrətə düşüb.

Evə qayıtdıqda o, fotonu vavlideynlərinə göstərib, lakin onlar bu məsələni ciddiyə almayıblar.

Üstündən illər keçdikdən sonra Kota-Baru şəhərində supermarketlərdən birində bayram tədbiri zamanı Adriani həmin qızı görüb.

“İkimiz də heyrətə düşmüşdük. Ağzımız açıq halda bir-birimizə baxırdıq”, - deyə Adriani Noratira ilə ilk görüşünü xatırlayır.

Sonradan qızların eyni gündə dünyaya gəldiyi məlum olur. Nəticədə qızlar DNT testindən keçmək qərarına gəlirlər.

Analizin nəticələri dəhşətli həqiqəti ortaya çıxarıb. Məlum olur ki, əslində bu qızlar əkizdir, Adriana isə Noratiranı böyüdən ailənin övladıdır (Onlar 2018-ci ildə vəfat ediblər).

Ehtimal ki, doğum evində tibb bacıları körpələrin qolundakı birkaları dəyişik salıblar, bundan sonra onlar fərqli ailəyə düşüblər.

Həqiqət ortaya çıxdıqdan sonra  Noritara yeni ailəsi ilə yaşayır.

Adrianaya gəldikdə isə ata-anası hesab etdiyi insanlar həqiqətin nə olmasından asılı olmayaraq onu öz övladları saydıqlarını bildiriblər.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı