SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5993_-susa-b-yannam-si-tarixi-ugrumuzdur-agasif-sakirog

CƏMİYYƏT

Hamısı

“Şuşa bəyannaməsi tarixi uğrumuzdur!” - Ağasif Şakiroğlu

(2 Yil, 10 Ay öncə) 1,26 B İzlenme 0 Yorum
“Şuşa bəyannaməsi tarixi uğrumuzdur!” - Ağasif Şakiroğlu

"Əminəm ki, Azərbaycanımızı sevməyən, ona düşmən kəsilmiş bir çox dövlətlər, xüsusilə də Ermənistan və Rusiya cütlüyü bu gün imzalanmış məlum bəyannamənin imzalanmasından sözün həqiqi mənasında pərişan olmuşlar"

Ümid Tv Azərbaycan xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu deyib.

Ağasif Şakiroğlu: "Şuşa bəyannaməsinə görə: "Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili, nəzərdə tutulur” 

Hesab edirəm ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında imzalanmış bu bəyannamə bəlkə də tarixdə əsrin bəyannaməsi kimi qalacaqdır. Əminəm ki, bu bəyannamənin imzalanması ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və xalqımızın xoşbəxt, eyni zamanda təhlükəsiz yaşayışının əsl qarantı olacaq. 

Düşünürəm ki, bu gün imzalanmış məlum bəyannamə təkcə Azərbaycan və Türkiyə arasında hərbi ittifaqı təşkil etmir. Məlum bəyannamə həm də siyasi, iqtisadi sahələri əhatə edir, hansı ki, irəliyən zamanlarda bu bəyannamə sayəsində Azərbaycan-Türkiyə Respublikaları vahid orqanizim olaraq öz siyasi, iqtisadi, hərbi hədəflərinin birgə təmin olunması istiqamətində görüləcək işlərin fundamenti rolunda çıxış edəcəkdir. İki qardaş ölkənin vahid məqsədə doğru irəliləməsində əsas hüquqi bir sənəd olacaqdır. 

Əminəm ki, Azərbaycanımızı sevməyən, ona düşmən kəsilmiş bir çox dövlətlər, xüsusilə də Ermənistan və Rusiya cütlüyü bu gün imzalanmış məlum bəyannamənin imzalanmasından sözün həqiqi mənasında pərişan olmuşlar. Məhz bu səbəbdən də imzalanmış sənədin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olacağına məndə heç bir şübhə yoxdur. 

Hesab edirəm ki, xalqımız bilməlidir ki, bu imzalanmış sənəd biz düşündüyümüzdən də dəfələrcə əhəmiyyətə malikdir. Hansı ki, bölgəmizdə mövcud olan kənar qüvvələrin (xüsusilə də Rusiyanın) əlinin-qolunun bağlanması ilə və bölgədən çıxması, eyni zamanda Azərbaycan Respublikasının bölgənin şəriksiz lider dövlət olması ilə nəticələnəcəkdir. 

Heç şübhəsiz ki, bu gün imzalanmış bu dövlət əhəmiyyətli sənədin ərsəyə gəlməsində Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri İlham Aliyev və Recep Tayyip Erdoğan cənablarının tarixi və misilsiz xidmətləri olmuşdur. Hansı ki, tarixdə sözün müsbət mənasında da yaşayacaqdır. 

Bu fəxri və iftixarlı günləri bizlərə yaşatdıqlarına görə hər iki dövlət başçısına təşəkkür edirəm. 

Millətimiz, dövlətimiz üçün xeyrli-uğurlu olsun…"

15.06.2021


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı