SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5965_mtrs-internet-televiziyalarin-lisenziya-almadan-f-

SON XƏBƏR

Hamısı

MTRŞ internet televiziyaların lisenziya almadan fəaliyyət göstərib-göstərə bilməyəcəyinə aydınlıq gətirib

(2 Yil, 10 Ay öncə) 1,05 B İzlenme 0 Yorum
MTRŞ internet televiziyaların lisenziya almadan fəaliyyət göstərib-göstərə bilməyəcəyinə aydınlıq gətirib

Yeni hazırlanan “Media haqqında” qanun layihəsində onlayn resurslar, xüsusən, audiovizual yayımla bağlı fəaliyyət və lisenziyalaşdırılmaya dair müddəalar müəyyən müzakirələrə yol açıb.

Bəzi ekspertlər hesab edirlər ki, yeni qanunun qəbul olunması ilə televiziya və radio yayımı sahəsində lisenziyalar artacaq, internet televiziyalar lisenziya almadan fəaliyyət göstərə bilməyəcək, lisenziya almaq üçün nəzərdə tutulan tələblər isə daha çox nəzarət mexanizmi funksiyası daşıyacaq.

Milli Televiziya və Radio Şurasından məsələ ilə bağlı APA-ya bildirilib ki, MTRŞ-nın yeni “Media haqqında” qanun layihəsi ilə bağlı onlayn resurslara verdiyi açıqlama, xüsusən, audiovizual yayımla bağlı fəaliyyətin və lisenziyalaşdırılması ilə bağlı izahatı maraq doğurub və bəzi suallar yaradıb.

 

“Bildiririk ki, “Media haqqında” qanun layihəsində televiziya və radio yayımı sahəsində lisenziyaların artması yox, əksinə azalması gözlənilir. Belə ki, hazırda mövcud olan qanunvericiliyə görə Şura 11 növ lisenziya verir, amma yeni qanun layihəsində görə bu say 10-a düşəcək və bu lisenziyalar arasında internet televiziya və ya internet radio yayımı üçün lisenziya mövcud deyil”, - deyə MTRŞ-dan qeyd ediblər.

Bildirilib ki, platforma yayımçısı lisenziyası var ki, bu da həmin yayımçıların müxtəlif yayım platformalarına daxil olmasını istəməsi ilə əlaqədardır:

“Hazırda bir sıra internet televiziya və radio kanalları mövcuddur ki, onlar kabel, İPTV və OTT operatorların paketlərində təmsil olunmaq və lisenziya almaq üçün Şuraya müraciət etmişlər. Lakin qanunvericilik imkan vermədiyindən biz bu məsələyə baxa bilmirik. Yeni qanun layihəsi qəbul olunarsa həmin kanallara platforma yayımçısı kimi lisenziya verərək onlara kabel, İPTV, OTT və digər tezlik və peyk tutum resursu tələb etməyən yayım ortamından yayım aparmaq imkanlarını tanımış oluruq.

Təbii olaraq internet üzərindən yayım aparan yayımçıların bu platformalara düşməsi üçün minimal tələblər müəyyən olunur ki, bu da onların öz veb-saytından yayım aparması və bu yayımın gün ərzində minimum 8 saat olmasıdır. Əks halda platforma operatorlarının onları öz yayım paketlərinə salmasının heç bir əhəmiyyəti olmayacaq.

Bildiririk ki, platforma yayımçısı kimi lisenziya almaq istəməyən, yaxud platforma yayımçısı kimi müəyyən olunan tələblərə cavab verməyən internet televiziya və ya radio kanalları yenə də sərbəst fəaliyyət göstərə biləcəklər. Bu, sadəcə, onların media subyekti kimi tanınmamasına və media reyestrinə daxil olmamasına səbəb olacaq.

Həmçinin qeyd olunmalıdır ki, qanun layihəsində yayımçı fəaliyyəti ilə operator fəaliyyəti köklü olaraq fərqləndirilir. Bundan başqa, tezlik və peyk tutumu resurslarından istifadə olunmaqla audiovizual media fəaliyyəti müsabiqə əsasında digər audiovizual fəaliyyətin isə müsabiqə olmadan sadələşdirilmiş prosedur əsasında lisenziyalaşdırılması təklif olunub”.

Bizimlə əlaqə saxlayın


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı