SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5893_yardimlida-m-kt-b-direktoru-xadim-ni-gorun-n-y-m-c

REGİON

Hamısı

Yardımlıda məktəb direktoru xadiməni görün nəyə məcbur etdi – ŞOK FAKTLAR

(2 Yil, 9 Ay öncə) 22,49 B İzlenme 0 Yorum
Yardımlıda məktəb direktoru xadiməni görün nəyə məcbur etdi – ŞOK FAKTLAR

ÜMİDTV:        Turkazinfo xəbər verir ki, ötən həftələrdə Yardımlı rayonu Ostair kəndində məktəb direktorunun işçisini məcbur edib müəllimi şantaj etmək məlumatı aşkarlanıb.  Baş verənlər kənd sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Baş verən olay kəndi əməlli başlı bir-birinə qatıb. Hadisə kənd camaatının ayağa qalxıb hadisə səbəbkarından hesab sorması ilə nəticələnib.

Belə ki, Mahir İmanov adına  Ostair kənd tam orta məktəbinin direktoru Asəf  Güloğlan oğlu Əliyev məktəbdə xadimə işləyən qadını, pul müqabilində hədə qorxu gələrək həmin məktəbin müəllimi Vahid Səfərovun haqqında şantaj tipli həqiqətə uyğun olmayan məlumatları kağıza yazdıraraq kəndin gediş gəlişi çox olan ərazilərinə atmağa məcbur edib.

 

Daha sonra kənd sakinləri tərəfindən aşkarlanaraq oxunan anonim kağızlarda  “güya həmin məktəbin müəllimi Vahid Səfərov 20-yə yaxın kənd qadınlarına qarşı əxlaqsız hərəkətlər edir, İran İslam Respublikasının ərazisinə narkotiklərin keçirilməsini təmin edir, məktəbdə azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkətlər edir” kimi cümlələr  əksin tapıb. Hadisədən xəbərdar olan Vahid Səfərov və kənd camaatı rayon Polisinə müraciət edərək səbəbkarın tapılmasını xahiş ediblər. Kənd camaatının və Polisin səyi nəticəsində həmin məktəbdə aparılan araşdırmalar zamanı, şantaj tipli kağızları yazaraq kənd ərazisinə atan şəxsin məktəbin xadiməsi olması məlum olub. Qeyd edək ki, hadisənin səbəbkarının aşkarlanması yazı xətti ilə müəyyən edilib. Daha sonra dindirilmə zamanı həmin xadimə qadın törətdiyi əməli etiraf edib.

 

Xadimə qadın etiraf edib ki, onu bu işi görmçəyə məcbur edən məktəbin direktoru Asəf Əliyev olub. Xadimə bildirib ki, Asəf Əliyev ona pul təklif edərək, həm də hədə-qorxu gələrək, məktəbin müəllimi Vahid Səfərovun haqqında qeyd olunan şantaj tipli məlumatlartı bir kağıza yazıb kənd ərazisinin gediş-gəlişi sıx olan dörd tərəfinə atmağa məcbur edib. O da qorxduğundan məcbur qalıb direktorun istəyini yerinə yetirib. Xadimə qadın həmçinin bu etirafları kənd camaatının, Bələdiyyə və Kənd İcra Nümayəndəsinin  qarşısında açıq etiraf edib. Onun etirafını kənd sakinlərindən biri lentə alıb.  

 

Məlumata görə hazırda işlə bağlı Yardımlı Polisi tərəfindən araşdırma aparılır.

Baş verənlərlə bağlı media olaraq qeyd etməyi zəruri hesab edirik ki, bir təhsil ocağında direktoru tərəfindən belə xoşagəlməz halların baş verməsi əsil faciədir. Təhsil Cəmiyyətin gələcəyinin təminatıdır. Hələ ki, Polis araşdırması davam etdiyindən xadimənin dediklərinin nə dərəcədə direktora aid olmasını nəzərfə alaraq hadisəyə geniş şərh vermək istəmirik. Lakin görünən odur ki, bir məktəbdə belə çirkin analoqu olmayan hadisənin baş verməsi  məktəb direktorunu və rayon Təhsil Şöbəsinin rəhbərliyini  məsuliyyətdən kənarda qoya bilməz. Baş verənlər onu göstərir ki, sözügedən məktəb əslində sahibsiz bir məktəb olub, rayon təhsil şöbəsinin nəzarətindən kənarda qalıb. Bir rayonun  məktəbində belə bir çirkin hadisə baş verirsə, demək ki, həmin rayonda  ya Təhsil Şöbəsi  yox səviyyəsindədir, ya da Təhsil Şöbəsinin rəhbərliyinin başı başqa işlərə qarışıb.

 

Məlumat üçün qeyd edək ki, iddialara görə həmin məktəbin direktoru Asif Əliyev Qafqaz Univerisitetinin keçmiş Prorektoru işləmiş Nəbiyev Şaiq Ağagül oğlunun yaxın qohumudur.  İddialara görə Şaiq Nəbiyev Fətulla Gülənlə əlaqəli şəxs olduğundan ölkəni tərk edib, hazırda Amerikada yaşayır. Hətta həmin məlumatlara internet səhifələrində də rast gəlmək mümkündür.

İnanırıq ki, təhsil ocağında belə bir çirkin hadisənin baş verməsində səbəbkar olanlar tezliklə layiqli cəzalarını alacaqlar və Təhsil Nazirliyi də bu məsələyə biganə qalmayacaq.

 

Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da səylərimiz baş tutmadı. Qarşı tərəf mövqeyini bildirərsə, dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq. 

Davamı var....!

 

 

 

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı