“Magistraturaya qəbul imtahanları üzrə nəticələr yaxın günlərdə məlum olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu gün magistratura imtahanına ikinci cəhd üçün imtahanlar keçirilir:
“Regionlardan məlumatlar daxil olandan sonra emal prosesi olacaq. Buna uyğun nəticələrin iki gün ərzində elan edilməsi planlaşdırılır”.
İlhamə Əbülfət