SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5516_olk-razisind-guclu-kul-k-v-dasqin-olub

SON XƏBƏR

Hamısı

Ölkə ərazisində güclü külək və daşqın olub

(2 Yil, 11 Ay öncə) 2,21 B İzlenme 0 Yorum
Ölkə ərazisində güclü külək və daşqın olub

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.    

Düşən yağıntının miqdarı

Böyük Qafqaz zonasında 5-16, Sarıbaşda (Qax) 29, Balakəndə 28, Şahdağda 21, Zaqatalada 19, Kiçik Qafqaz zonasında 15-18, Naxçıvan MR-da 2-8, Mərkəzi Aran rayonlarında 3-5, Qazax-Gəncə zonasında 5-20,  Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qərb küləyi əsib, arabir Naftalanda 34, Tərtərdə 33, Balakən, Ağdamda 30, Tovuz, Zərdab, Gəncədə 28, Mingəçevir, Bərdədə 25, Ceyrançöldə 24, Şəki, Xaçmaz, Göyçayda 22, Zaqatalada 20, Yevlaxda 19, Şəmkir, Yardımlıda 18, Şabranda 16, Şərurda 15, Bakıda 32, Maştağada 30, Qum adası, Sumqayıtda 28, Neft Daşlarında 26, Çilov adası, Pirallahıda 25, Binədə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Xınalıqda 2, Şahdağ, Daşkəsən, Gədəbəydə 1 sm-ə çatıb.

Mayın 9-da Naxçıvanda saat 17:10 radələrində beş dəqiqə ərzində diametri 6 mm, Qazaxda saat 15:40-15:45 radələrində diametri 0,8 mm, Ağstafada isə saat 15:20-15:25 radələrində zəif dolu yağıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı