SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5396_yardimli-rayonundan-sikay-tl-rin-ardi-arasi-k-silm

REGİON

Hamısı

Yardımlı rayonundan şikayətlərin ardı-arası kəsilmir - VƏTƏNDAŞ KİMDƏN NARAZIDIR !

(2 Yil, 11 Ay öncə) 8,37 B İzlenme 0 Yorum
Yardımlı rayonundan şikayətlərin ardı-arası kəsilmir - VƏTƏNDAŞ KİMDƏN NARAZIDIR !

ÜMİDTV:      Son vaxtlar Yardımlı rayonundan şikayətlər gəlməkdə davam edir.  Rayon sakinlərini narahat edən problemlərin məsul şəxslər tərəfindən həll olunmaması, vətəndaşları medya-mətbuata üz tutmağa vadar edir. Redaksiyamıza yenidən Yardımlı rayonunun Ostair və Dəlləkli kənd sakinləri müraciət edərək problemlərinin işıqlandırılmasını xahiş ediblər. 

Ümid Tv olaraq rayon sakinlərinin müraciətini olduğu kimi dərc edirik. İnanırıq ki, aidiyyatı dövlət təşkilatları rayon sakinlərinin səsinə səs verəcəklər.  Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  Mövzunu diqqətdə saxlayacağıq. 

 

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRİ cənab Samir Şərifova.
Yardımlı rayonunun Ostair və Dəlləkli kənd sakinlərinin 
 MÜRACİƏTİ.
Cənab nazir ! ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV deyirdi ki, bir ağacı kəcən adam elə bil mənim balalarımın başını kəsir. Yardımlı şəhərinə bitişik olan  Dəlləklı və Ostair kəndləri necənci dətədir ki, qazlaşma ilə əlaqədər plana salınıb. Lakin, əlaqədər təşkilatların verdiyi məlumata görə Maliyə Nazirliyi tərəfindən maliyə vəsaiti ayrılmadığı ücn bu kəndlərin qazlaşmasına başlanmır. Bu kəndlər şəhərə tam bitişikdir. Şəhər sakinləri ilə qonşu olan bizim kənd sakinlərinin evləri arasında olan məsafə15-20 metrdir.Bir evdə qaz yanır, digərində isə odun və ya mal təzəyi yanacağından istifadə olunur. Bu kəndlər rayonun ən böyük yaşayış məntəqələrindəndir, 3000 nəfərə yaxın əhalisi var, strateji cəhətdən cox mühüm ərazidə yerləşir. Belə ki, bu kəndlərdən İranla aramizda olan  sərhəddə cəmi 6-7 km məsafə var.
Cənab Nazlr, möhtərəm Prezidentimizin dediyinə görə, respublikanın yaşayış məntəqələrinin 95 faizi qazlaşdırılmışdır. Yardımlı rayonunda 86 yaşayış məntəqəsi var və bu günə kimi onların cəmi 12- si qazlaşdırılıb ki, bu da 14 faizə bərabərdir. Buradan belə nəticəyə gəlmək olur ki, Azəriqaz İB  və digər əlaqədar təşkilatlar Yardımlıya son dərəcə ögey münasibət bəsləyirlər.
Biz Azərbaycan dövlətinə, Prezidentimizə həmişə sadiq olmuşuq və olacağıq. Ancaq bu ədalətsizliyə nə vaxtsa son qoyulmalıdır.
Sizdən xahiş edirik ki, Azəriqaz İB -nin Maliyyə Nazirliyi barəsində iddia etdikləri ittihamlara son qoymaq ücün bizim Dəlləkli və Ostair kəndlərinin qazlaşmasına görə maliyyə vəsaiti ayrılmasina göstəriş verəsiniz və bu kəndlərin qazlaşdırılmasına öz köməkliyinizi əsirgəməyəsiniz.   Əlaqə: 
050 520 87 32

 

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı