SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5343_yardimli-agsaqqallarindan-prezident-sikay-t-maraql

REGİON

Hamısı

Yardımlı ağsaqqallarından prezidentə şikayət: “Maraqlı şəxslər tərəfindən rayon statusudan məhrum edilir”

(2 Yil, 11 Ay öncə) 1,62 B İzlenme 0 Yorum
Yardımlı ağsaqqallarından prezidentə şikayət: “Maraqlı şəxslər tərəfindən rayon statusudan məhrum edilir”

ÜMİDTV:    Yardımlı rayonunda idarəçilik balansı itdiyi üçün əhalı çaş-baş qalıb. Yerli sakinlər dərdini demək üçün bir allah bəndəsi tapıb şikayət edə bilmir. Rayon ziyalıları son ümid yeri olaran,  ölkə başçısından kömək istəyir.

Yardımlı rayon ağsaqqallarını və ziyalılarının şikayətini oldugu kimi  təqdim edirik.

Yardımlı rayonunda demək olar ki, bütün idarə və müəssisələr regional mərkəzlərə birləşdirilərək rayondan uzaqlaşdırılıb. Bir iki güc strukturlarına aid olan idarələrdən başqa bütün idarə və müəssisələr rayondan köçürülərək digər cənub rayonlarında yaradılmış mərkəzlərə birləşdirilib. Yardımlıda yeni çəkilmiş yollar bərbad vəziyyətdədir.  Dövlət başçısının sərəncamı ilə yolların çəkilməsinə və yenidən qurulmasına görə dövlət büdcəsindən ayrılan vəsaitlər göyə sovrulub. Yollarda su keçidləri, istinad divarları konkret olaraq qurulmamışdır. Bərkidilməmiş, boş torpaq və palçıq qatının üzərinə nazik qatla, standartlara qəti uyğun gəlməyən formada çəkilən keyfiyyətsiz asfalt qatı dağılaraq məhv olmaq üzrədir.

Yardımlı rayonu Yol idarəsinin müdiri və digər idarə, müəssisə rəhbərləri uzun müddətdir səhlənkar və laqeyd olaraq işləmələrinə baxmayaraq öz vəzifələrində saxlanılırlar. Yardımlı rayon  Yol istismarı idarəsinin  müdiri,  2-ci Qarabağ savaşında oğlunu qapalı yerdə saxlayıb xidmətdən uzaq tuta bilib, müharibədən sonra isə həmin şəxsi öz yerinə gətirir.

Görünür xalqa, millətə qarşı sərt mövqe tutan, dövlət büdcəsindən ayrılan vəsaitləri göz qırpmadan mənimsəyən belə idarə müdirləri rayon rəhbərliyinə də sərf edir və onların bu əməllərindən istifadə edərək özü də lazımınca faydalanır. DSMF, Məşğulluq Mərkəzi, Mədəniyyət İdarəsi, Meşə İdarəsi və bir çox idarələrin digər rayonlarda yaradılan mərkəzlərə birləşdirilməsi də rayon rəhbərliyinin ya zəifliyindən ya da mənafeyinə xidmət etməsindən xəbər verir. Adi bir misal: Xüsusilə Meşə İdarəsi mərkəzinin Yardımlıda deyil başqa rayonda yaradılması rayonun aula çevrilməsinə bi işarədir. Çünki ən böyük meşə zolağı məhz Yardımlıda yerləşir. Ən azından bu mərkəz Yardımlıda yerləşdirilməli idi. Yardımlı rayonlarında problemləri saymaqla bitmir. Problemlərin kökünü araşdırsaq çox ciddi nüanslar ortaya çıxır. Deməli  Yardımlı rayonunda mövcud olan bu və ya digər yaradılmış ciddi vəziyyət rayonun ləğv edilməsinə nail olmaqdır, ya da ki, Yardımlı rayon rəhbərliyinin birbaşa rayona qarşı biganəliyi, mənafeyi naminə çalışması, rayon camaatına qarşı hörmətsizliyi və ya dövlət rəhbərliyi, nazirliklər qarşısında nüfuzunun olmamasıdır… Rayon ictimaiyyəti də rayonda yaranmış bu neqativ vəziyyətə biganə yanaşmamalı, hökumət və dövlət qarşısında lazımi tələblərini irəli sürməlidirlər…


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı