SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5341_qirgizistanda-seckil-r-v-referendum-basa-catdi

DÜNYA

Hamısı

Qırğızıstanda seçkilər və referendum başa çatdı

(2 Yil, 0 Ay öncə) 912 İzlenme 0 Yorum
Qırğızıstanda seçkilər və referendum başa çatdı

ÜMİDTV:   Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.

Bu barədə TASS-a Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

"Axşam saat 20-də (Bakı vaxtı üzrə saat 18:00) 2 483 seçki məntəqəsi bağlanıb, hansılar ki, bu gün səhər saat 8:00-dan (Bakı vaxtı ilə saat 06:00) işləyib", - Mərkəzi Seçki Komissiyasının nümayəndəsi bildirib. Onun məlumatına görə, səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir, buna görə də rəqəmlər dəyişəcək.

Səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.

MSK-nın rəhbəri Nurjan Şayldabekova bildirib ki, səsvermənin ilkin nəticələri onun başa çatmasından sonrakı 1 saat ərzində məlum olacaq.

Seçkilərdə 420 şəhər və kənd şuralarındakı 7 560 yerə 18 772 namizəd iddialıdır, onlardan 63-ü siyasi partiyaların namizədləri kimi qeydə alınıb, digərləri namizədliklərini müstəqil irəli sürüblər.

Qeyd edək ki, Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilib. Seçicilərin 30%-nin səsvermədə iştirak edəcəyi halda referendum baş tutmuş hesab edilir. Referendumla eyni zamanda ölkənin 28 şəhərində və 420 kənd dairəsində yerli şuralara seçkilər keçirilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı