SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5340_ukraynanin-kiev-diplomatic-jurnalinda-az-rbaycan-s

SON XƏBƏR

Hamısı

Ukraynanın “Kiev Diplomatic” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunub

(2 Yil, 0 Ay öncə) 1,09 B İzlenme 0 Yorum
Ukraynanın “Kiev Diplomatic” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunub

Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundovanın respublikamızın uğurlu xarici siyasəti, diasporumuzun inkişaf xronologiyası, 44 günlük Vətən müharibəsində qazanılan uğurlara dair məqaləsi dərc edilib.

Məqalədə hər il dekabrın 31-nin ölkəmizdə və Azərbaycan diasporunun fəaliyyət göstərdiyi digər ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu bayram ilk dəfə 1991-ci il dekabrın 16-da - Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən elan edilib.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas ideyası bütün dünyadakı azərbaycanlıların dövlətimizlə birliyi, həmrəyliyi, xalqımızın milli və mənəvi dəyərlərinə hörmətdir.

Heydər Əliyev Azərbaycan diasporunun yaradılmasının, bir çox ölkələrdə diaspor təşkilatlarının strukturlaşdırılmasının memarıdır. Bu gün isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafı istiqamətində uğurlu siyasət davam etdirilir.

Elmira Axundova məqaləsində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun uğurlu hərbi əməliyyatlar apararaq ərazilərimizin işğaldan azad edilməsi barədə fikirlərinə geniş yer verib.

“Azərbaycanın tamamilə haqlı olaraq Vətən müharibəsi adlandırdığı 44 günlük döyüşlərin nəticələri bu gün bütün dünyaya məlumdur. Azərbaycan torpaqlarının işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoyur. İşğaldan azad olunan ərazilərimiz bərpa edilir, yenidən qurulur və qaçqınlar tezliklə doğma yurdlarına qayıdacaqlar. Qarabağ yenidən çiçəklənən bağa çevriləcək. Mən buna tam əminəm. Çünki tarixi Qarabağ torpağı öz qəhrəman övladlarının qanı hesabına əsl sahibinə qayıtdı. Həm də Azərbaycan xalqının qlobal problemləri həll etmək gücündə olan Prezident İlham Əliyev kimi böyük lideri var”, - deyə müəllif vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı