SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5274_yaponiya-s-firliyi-sloqan-v-loqo-musabiq-sinin-qal

SİYASƏT

Hamısı

Yaponiya səfirliyi sloqan və loqo müsabiqəsinin qaliblərini mükafatlandırıb

(16 Gün, 1 Saat öncə) 706 İzlenme 0 Yorum
Yaponiya səfirliyi sloqan və loqo müsabiqəsinin qaliblərini mükafatlandırıb

ÜMİDTV:   Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır. Səfirlik “2022-ci il Yaponiya-Azərbaycan Dostluq İli”nin planlaşdırılmasında artıq ilkin addımları ataraq, həmin ili təcəssüm etdirəcək sloqan və loqo yarışmasını həyata keçirib.

“Dostluq İli”nin əsas atributları olacaq sloqan və loqo təsdiqlənib və bu münasibətlə qaliblər təltif edilib.

Sloqan müsabiqəsinin qalibi Ramazan Ağayev və loqo müsabiqəsinin qalibi Macarıstan Szeged Universitetinin tələbəsi Tofiq Sarıyevə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi tərəfindən sertifikat təqdim olunub.

Görüş zamanı səfir hər iki qalibi təbrik edib və “Dostluq İli” layihəsinə əvəzsiz töhfələri üçün minnətdarlığını bildirib. Vada Cüniçi hər iki qalibdən bundan sonra da ikitərəfli münasibətlərin daha da inkişafı üçün “Dostluq İli” ilə bağlı tədbirlərin təbliğ olunması və tədbirlərdə aktiv iştiraklarını gözlədiyini bildirib.

Qeyd edək ki, seçilmiş sloqan və loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    24 Gün, 22 Saat öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    1 Ay, 10 Gün öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Ay, 18 Gün öncə
  • Bu gün Türk dünyasının sevilən bəstəkarı, Vətənpərvər xanım Sevinc Tofiqqızının doğum günüdür. Kollektivimiz adından Sevinc xanımı təbrik edir, ona həyatda can sağlığı, işlərində uğurlar arzu edirik.
    2 Ay, 19 Gün öncə
  • Bu gün Prezident İlham Əliyevin qızı Arzu xanım Əliyevanın doğum günüdür. Kollektivimiz adından Arzu xanımı təbrik edirik, həyatda cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
    2 Ay, 26 Gün öncə
BIST
14080,00
ALTIN
460,997-0,02
EURO
9,6334-0,26
DOLAR
8,0436-0,23
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 27 şəxs qatıldı