SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5095_seyx-beyn-lxalq-dialoq-m-rk-zinin-novb-ti-vebinar-

SON XƏBƏR

Hamısı

Şeyx Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib

(2 Yil, 0 Ay öncə) 1,09 B İzlenme 0 Yorum
Şeyx Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib

ÜMİDTV:   Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 22-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən  bildiriblər ki, Konstantinopol Ekumenik Patriarxiyasının Ekzarxi Mitropolit Emmanuelin giriş sözü ilə açılan vebinar qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.

KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü Konstantinopol Ekumenik Patriarxiyasının Ekzarxi Mitropolit Emmanuel yeni məqama - Xalkidon Mitropoliti seçilməsi münasibətilə təbrik edilib, ona nəcib fəaliyyətində uğurlar arzulanıb.

Videotoplantıda Beynəlxalq Mərkəzin gələcəyinə dair təşkilati məsələlər, Direktorlar Şurasının və Tərəflər Şurasının ikinci birgə iclasının detalları, İdarə Heyətinin növbəti sessiyaları, həmçinin qurumun genişləndirmə layihəsi üzrə perspektivləri, bu çərçivədə Nigeriya və Seneqalın üzvlüyü məsələsi gündəmdə olub. Kommunikasiya məsələləri üzrə yenilənmələr, təlim sistemi üzrə təqaüdlər proqramının müzakirəsi növbəti iclasa tövsiyə edilib. Mərkəzin mənzil-qərargahının Vyanadan köçürülmə perspektivi də müzakirə olunub.

İclasa sədrlik edən Mitropolit Emmanuel KAICIID adından Şeyxülislam A.Paşazadəni və onun timsalında bütün Azərbaycan xalqını qədim Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edin, ən xoş arzularını ifadə çatdırıb.

Məlumat üçün bildirək ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID dinlərarası dialoqun yeni platforması kimi məhsuldar fəaliyyət göstərir. Belə ki, onun fəaliyyəti bu gün bütün problemlərin fövqündə duran sülhün təmini və qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı kimi müasir dünyada böyük ehtiyac duyulan vacib mərama xidmət edir.

Əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarət olan KAICIID dünyanın aparıcı dinlərinin rəhbərlərindən ibarət Direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. Şeyxülislam Allahşükür Paşazadə KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini liderdir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı