SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5090_turkiy-bu-il-turist-axinini-70-d-k-artacagini-gozl

TÜRKİYƏ

Hamısı

Türkiyə bu il turist axınını 70 %-dək artacağını gözləyir

(29 Gün, 17 Saat öncə) 715 İzlenme 0 Yorum
Türkiyə bu il turist axınını 70 %-dək artacağını gözləyir

ÜMİDTV:    "Mövsümün əvvəlinə qədər Türkiyənin turizm sənayesi xaricdən qonaq qəbul etməyə tam hazır olacaq, turist axınını isə 60-70 % artacağı gözlənilir".

TASS-xəbər verir ki, bu barədə Türkiyə Turoperatorlar Birliyinin (TURSAB) rəhbəri Firuz Bağlıkayanın açıqlamasında deyilir:

"Bir çox digər ölkələrdə olduğu kimi, ölkəmizdə də peyvənd sahəsində araşdırmalara başlayıb. Dünyada 400 milyondan çox insan aşılanıb, Türkiyədə isə aşılananların ümumi sayı 13 milyonu keçib. Aprel ayında ölkəyə daha 100 milyon doza peyvənd gətiriləcək.

Hökümət turizm sektoru işçilərini aşılamaq istəyimizi prioritet bir sahə kimi qiymətləndirdi. Beləliklə, mövsümün əvvəlinə qədər turizm sənayesi qonaqları qəbul etmək üçün hər cəhətdən hazır olacaq”, - deyə F.Bağlıkaya bildirib.

Bu il Türkiyəyə xarici turist axınının "keçən ilə nisbətən 60-70 % artacağına" inandığını bildirən Bağlıkaya: “Bu il ölkəmizə 20 milyondan çox xarici qonağın gəlməsini gözləyirik”.

TURSAB "aşılamanın inkişafını" bir sıra ölkələrdə böyük bir inkişaf olaraq qiymətləndirib. Bundan başqa, türk turoperatorları "aprel ayının ortalarından etibarən ilk turist qruplarının Rusiya və Ukrayna kimi əhəmiyyətli bazarlardan gəlməyə başlayacağını" gözləyirlər. Fevral ayının əvvəlində mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyədə turizm mövsümünün aprel ayında daxili turizmlə başlayacağını və daha sonra ilk növbədə Rusiya və İngiltərə olmaqla qonaqların ölkəyə gəlməyə başlayacağını söylədi.

Mart ayının ortalarında Prezident Tayyip Ərdoğan, bütün lazımi təhlükəsizlik tədbirlərini nəzərə alaraq Türkiyənin Rusiyadan turist qəbul etməyə hazır olduğunu bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    24 Gün, 21 Saat öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    1 Ay, 10 Gün öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Ay, 18 Gün öncə
  • Bu gün Türk dünyasının sevilən bəstəkarı, Vətənpərvər xanım Sevinc Tofiqqızının doğum günüdür. Kollektivimiz adından Sevinc xanımı təbrik edir, ona həyatda can sağlığı, işlərində uğurlar arzu edirik.
    2 Ay, 19 Gün öncə
  • Bu gün Prezident İlham Əliyevin qızı Arzu xanım Əliyevanın doğum günüdür. Kollektivimiz adından Arzu xanımı təbrik edirik, həyatda cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
    2 Ay, 26 Gün öncə
BIST
14080,00
ALTIN
462,3770,28
EURO
9,65850,40
DOLAR
8,06250,29
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 27 şəxs qatıldı