SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5014_az-rbaycan-korf-z-m-kdasliq-surasi-olk-l-ri-il-m-k

İQTİSADİYYAT

Hamısı

Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığı genişləndirir

(2 Yil, 1 Ay öncə) 975 İzlenme 0 Yorum
Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığı genişləndirir

ÜMİDTV:   İqtisadiyyat Nazirliyinin yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurası (KÖŞ) II biznes vebinarı keçirilib.

Bu barədə  AZPROMO-dan bildirilib.

Onlayn görüşdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, loqistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Bəhreynin Ticarət və Sənaye Palatasının sədri Sameer Abdullah Nass ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb.

Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini bildirib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurum haqqında məlumat verib, Azərbaycan və Körfəz ölkələri arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində intensiv inkişaf potensialını vurğulayıb, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrlə ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi isiqamətində görülən işlərdən danışıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Körfəz ölkələri arasında biznes tərəfdaşlığının inkişafı üçün iş adamlarının, xüsusilə KOB subyektlərinin fəallığının artırılmasının vurğulayıb. Agentlik və Körfəz ölkələrinin müvafiq qurumları arasında əlaqələrə, əməkdaşlığa dair imzalanmış sənədlərə və keçirilən birgə tədbirlərə dair məlumat verən O.Məmmədov Körfəz ölkələrini təmsil edən iş adamlarını Azərbaycanda aktiv biznes fəaliyyətinə dəvət edib, bu sahədə KOBİA-nın iş adamlarına dəstək göstərə biləcəyini vurğulayıb.

Tədbirdə Azərbaycanın və KÖŞ-ə daxil olan ölkələrin biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı