SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4837_az-rbaycan-ordusunun-qudr-ti

CƏMİYYƏT

Hamısı

Azərbaycan ordusunun qüdrəti

(2 Yil, 0 Ay öncə) 863 İzlenme 0 Yorum
Azərbaycan ordusunun qüdrəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Tarixi mətbuat konfransında dövlət başçımız bir sıra məsələlərə də aydınlıq gətirərək, həm işğal zamanı, həm də müharibə dövründə ermənilərin törətdikləri vəhşilikləri, azərbaycanlılara məxsus müqəddəs yerlərin təhqir edilməsini jurnalistlərin diqqətinə çatdırdı və vurğuladı ki, bütün bu faktları onlar öz ölkələrinin mətbuatlarında işıqlandırmalıdırlar. Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsinin gedişatı, azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və alınmış hərbi texnikalar ,silah-sursat açıq şəkildə nümayiş etdirirdi ki, Azərbaycan ordusun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Ermənistan dünyada böyük havadarların sayəsində lobbi şəbəkəsi olan bir ölkədir.  44 günlük müharibə boyu bu şəbəkə heç vaxt olmadığı qədər fəallaşdı və Azərbaycana qarşı ciddi təzyiq kompaniyaları keçirməyə başladı. Ermənistan xüsusi pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olmuşdur. Ermənistan ordusunun zabitləri Fransada,Rusiyada ,Livanda və başqa xarici ölkələrdə təhsil almışdılar-alırdılar,xidmət edirdilər və müasir hərbi texnologiyaları yenidən öyrənirdilər.  Yenilikləri öyrənirdilər.                                                                
Müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi. Ermənilərin həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan ordusu üçün ciddi çətinliklər yaradırdı.Bu müddət ərzində Ermənistan hərbiçiləri həmin ərazilərə dərindən bələd idi.Qarabağı azad edən Azərbaycan ordusunun bir çox gənc zabit,gizir və əsgərləri isə ilk dəfə idi ki,həmin coğrafiyada vuruşurdular.Lakin bütün bu çətin vəziyyətə baxmayaraq,müzəffər Azərbaycan ordusu qarşısında qoyulan bütün vəzifələrin öhdəsindən məharətlə gəldi.Elə döyüşün ilk günü 8 kəndin işğaldan azad olunması:Talış kəndi,Suqovuşanın,Murov yüksəkliyinin işğaldannazad olunması onu göstərir ki,Azərbaycan ordusu qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirəcək.Növbəti olaraq Azərbaycan ordusu digər:Füzuli,Cəbrayıl,Zəngilan,Qubadlı torpaqlarını işğaldan azad etməsi və hər bir torpağın qarışı uğrunda şəhidlərimizin qazilərilərimizin qanı tökülməsi, Azərbaycan ordusunun mənsublarının qəhrəmanlıq nümunələri göstərməsi hesabına idi.Təbii ki, Azərbaycan ordusunun hər bir üzvü qəhrəmanlıq nümunəsi göstərirdi.                                                                                      Şuşanın işğaldan azad olunması Azərbaycan ordusunun yüksək döyüş hazırlığının göstəricisi idi. Fevralın 26-da İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını cavablandırarkən bu məsələyə də toxunmuşdu. Ali Baş Komandan dedi ki, hətta ermənilər əsgərlərimizin Şuşaya necə gedib çıxmağını  hələ də başa düşə bilmirlər: “Şuşanın alınması ayrıca dastandır, bu, bir eposdur. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Hazırda aparıcı xüsusi hərbi məktəblərdə həm xüsusi əməliyyatların aparılması, həm də bütün qoşun növlərinin səylərinin əlaqələndirilməsi öyrənilir. Yəni bu əməliyyat barəsində hər şey məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək”. Ordusu 70% dağılmış,sıradan çıxmış,faktiki yox səviyyəsində olan Ermənistan kapitulyasiyaya məcburən qol çəkməli oldu və bununlada Azərbaycan Qarabağın böyük rayonlarından olan Kəlbəcərin,Laçının və Ağdamın döyüşsüz azad etdi. Əlbətdə ki,bu qələbə Azərbaycan ordusunun təminatçısı,memarı olan Ali Baş Komandanın yüksək peşəkarlığının irəli sürdüyü siyasətinin göstəricisi oldu.Elə məhz Ali Baş Komandanın ordu quruculuğuna  ayırdığı xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan ordusunun zabit kadrlarla təmin edən Çəmşid Naxçıvanski adına hərbi lisey,Heydər Əliyev adına hərbi lisey,Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbi,Azərbaycan Ali hərbi Dənizçilik məktəbi, Azərbaycan Ali hərbi təyyarəçilik məktəbi, Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasında olan tədris prosesi yenilənmiş zənginləşmiş və nato standartlarına uyğunlaşdırılmışdır.Eləcə də,Azərbaycan ordusunun arsenalında olan dünyanın ən müasir silah-sursatı,texnikaları,müasir texnologiyaları, yüksək səviyyədə idarə etməyi bacaran Azərbaycanın kadr hərbiçilərinin yetişdirilməsinin müstəsna qələbədə rolu var idi. Təbii ki,Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qələbəni əldə etməsinin bir çox amilləri var. Bu amillərin birinci növbədə öndə duranı dərindən düşünülmüş hərbi strategiya döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası idi. Təbii ki, Vətən müharibəsi həmdə Azərbaycan ordusunun döyüş təcrübəsini artırdı və eyni zamanda ordumuzun dünyanın 50 ən güclü ordu sırasında olduğu mövqeyini bir qədərdə gücləndirdi. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın və regionun ən güclü ordularından biridir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbə ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları arasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi.

Aprel döyüşçüsü Zamiq Əsgərov


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı