SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4795_qarabaga-boyuk-qayidis-proqrami-lerik-sakinl-ri-il

CƏMİYYƏT

Hamısı

Qarabağa Böyük Qayıdış proqramı - Lerik sakinləri ilə MÜSAHİBƏ

(2 Yil, 1 Ay öncə) 1,03 B İzlenme 0 Yorum
Qarabağa Böyük Qayıdış proqramı - Lerik sakinləri ilə MÜSAHİBƏ

Ümid Tv olaraq Lerik sakinləri ilə olan müsahibəmizi sizlərə təqdim edirik:

Sevil Ağayeva, Lerik şəhər sakini : -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş Qarabağ torpaqlarına Böyük Qayıdışa aparan yollardan, bu istiqamətdə görülən və planlaşdırılan işlərdən ətraflı söhbət açdı. Xüsusi olaraq vurğulandı ki, yurd-yuvalarından didərgin salınmış 1 milyon insanı o yerlərə qaytarmaq üçün irimiqyaslı layihələr həyata keçirilməlidir.
Artıq bu layihələrin ilkin mərhələsi start götürmüşdür. Füzulidə tikilən aeroport da bu ilklərdən biridir. Prezidentimizin dediyi kimi, bu hava limanı həm xaricdən aldığımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün , həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə edilməsinə imkan yaradacaq.
44 günlük Vətən Müharibəsinin gedişində azad olunmuş şəhər və kəndlərimizdən Müdafiə Nazirliyinin yaydığı görüntülərdə, eləcə də Ali Baş Komandanımızın işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı erməni vandalizminin nəticələrini mən də televiziya vasitəsi ilə ürək ağrısıyla izləmişəm. Böyük inam hissi ilə demək istəyirəm ki, Qarabağ qısa müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən çiçəklənən diyara çevriləcək.

Rahil Qafarov, Cəngəmiran kənd sakini : - “Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik.”
Bu fikirləri Prezidentimiz “Ukraina-24” televiziya kanalının sualını cavablandırarkən ifadə etmişdir. Bəli, Azərbaycan böyük iqtisadi imkanlara malik qüdrətli dövlətdir. Bunu biz beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının hesabatlarında verilən rəqəmlərdən, faktlardan da aydın görürük. Dövlətimiz bu potensial imkanları işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətinə yönəltmək üçün uğurlu layihələr hazırlayıb həyata keçirir.
Bunlarla yanaşı, ölkə Başçısı bütün tərəfdaş və maraq göstərən ölkələri də bərpa işlərinə cəlb etmək niyyətində olduğunu bildirir. Qarabağın dirçəldilməsi istiqamətində aparılacaq işlərdə Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var. Sevindirici haldır ki, artıq qardaş Türkiyənin bir neçə böyük investoru layihələrə cəlb olunub.

Cəbrayıl Siyabzadə, Çayrud kənd sakini : - Azərbaycan çoxmillətli, tolerant bir ölkə kimi dünyada tanınır. Bu qədim diyarda muxtəlif xalqların nümayəndələri əsrlərboyu birgə yaşamışlar. Azsaylı xaqların nümayəndələri bir ailənin üzvləri kimi mehriban və dostcasına ömür sürmüşlər.
Ölkə rəhbəri Türkiyənin Qlobal Jurnalistlər Surası rəhbərinin sualını cavablandırarkən qeyd etdi ki, Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var... Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstləlikdən xilas olmaları üçün gərək daha böyük səylər olsun.
Əlbəttə ki, Ermənistanın cinayətkar xunta rəhbərləri xalqımıza qarşı o qədər nifrət və ədavət toxumu səpiblər ki, həqiqətən erməni xalqını xəstə təxəyyüllü bir topluma çeviriblər. Ermənilər bu xəstəlikdən qurtulmağa çalışmalıdırlar. Qarabağda yaşayan ermənilər bu xəstəlikdən xilas olsalar Azərbaycan vətəndaşı kimi bu torpaqlarda yaxşı yaşayış əldə edə bilərlər.

Elcan Məmiyev / Rakurs.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı