SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4715_az-rbaycan-v-turkiy-nin-daha-iki-nazirliyi-arasind

MƏDƏNİYYƏT

Hamısı

Azərbaycan və Türkiyənin daha iki nazirliyi arasında əməkdaşlıq protokolu imzalanıb

(2 Yil, 1 Ay öncə) 866 İzlenme 0 Yorum
Azərbaycan və Türkiyənin daha iki nazirliyi arasında əməkdaşlıq protokolu imzalanıb

ÜMİDTV:    Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir.

"Səfər çərçivəsində martın 1-də Ankarada A.Kərimov ilə Türkiyənin mədəniyyət və turizm naziri Nuri Ersoy arasında görüş keçirilib.

Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.

Nazir Nuri Ersoy 44 günlük Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Anar Kərimov, öz növbəsində, Vətən müharibəsində ölkəmizə verilən dəstəyə görə Türkiyə dövlətinə və türk xalqına dərin təşəkkürünü ifadə edib.

Görüşün sonunda ikitərəfli əlaqələrə dair mətbuat konfransı və sənədlərin imzalanması mərasimi keçirilib.

Birgə Mədəniyyət Komissiyasının iclasının yekun protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə və Türkiyə tərəfindən heyət başqanı, Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz imzalayıb.

Protokolda müasir və klassik əsərlərin tərcüməsinin və çapının təşviq edilməsi, teatr, kino, musiqi və digər sahələr üzrə festivallarda qarşılıqlı iştirak, eləcə də birgə festivalların təşkili, qarşılıqlı sərgilər sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Yaradıcı sənayelər (teatr, musiqi, muzey, kino, nəşriyyat, qeyri-maddi mədəni irs və s.) sahəsində rəqəmsallaşdırma və yeni idarəetmə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi, muzey işi üzrə təhsildə əməkdaşlıq mövzusunun araşdırılması məsələlərinə də sənəddə yer verilib.

Protokolda həmçinin mədəni sərvətlərin qorunması, qarşılıqlı elmi-tədqiqat və bərpa-konservasiya işinin aparılması, qeyd olunan sahələrdə təcrübə mübadiləsi, texniki və ekspert dəstəyinin göstərilməsi, həmçinin mədəni sərvətlərin qaçaqmalçılığının qarşısının alınmasında və qanunsuz olaraq xaricə çıxarılmış mədəni sərvətlərin qaytarılması məsələlərində qarşılıqlı dəstək kimi məsələlər əksini tapıb.

Bundan əlavə, sənəd hər iki ölkədə təşkil olunan kitab sərgi-yarmarkalarında, seminar və konfranslarda, qarşılıqlı iştirak, müəlliflərin səfərlərinin təşviqi, kitabxanaçılıq sahəsində təcrübə mübadiləsi, habelə ortaq mədəni dəyərlərin və görkəmli şəxsiyyətlərin irsinin təbliği istiqamətində qarşılıqlı fəaliyyəti ehtiva edir. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının əhatə etdiyi birgə çoxmillətli sənədlərin sayının artırılması və qeyri-maddi mədəni irsin qorunması üçün əməkdaşlığın genişləndirilməsi də iclasın protokolunda əksini tapıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

Həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk İşbirliği və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Türk İşbirliği və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar imzalayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı