SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/469_musahib-pandemiya-s-raitind-az-rbaycan-oz-insanp-r

SON XƏBƏR

Hamısı

Müsahibə: Pandemiya şəraitində Azərbaycan öz insanpərvərlik, xeyirxahlıq, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi - DEPUTAT ELDƏNİZ SƏLİMOV

(3 Yil, 10 Ay öncə) 1,69 B İzlenme 0 Yorum
Azərbaycanda Koronavirus Pandemiyası ilə mübarizədə fəallıq nümaiş etdirən müsahibimiz Millət Vəkili Eldəniz Səlimovdur

ÜMİDTV.com:       Dünyanı cənginə alan Koronavirus Pandemiyası hələ də davam etməkdədir. Pandemiyaya qarşı mübarizədə Azərbaycan dünya dövlətləri sırasında nümunəvi bir ölkə imicini ortaya qoydu. Demək olar ki, bir çox dövlətlər Azərbaycanın bu mübarizə  təcrübəsindən yararlanmaqdadır. Azərbaycanın bir çox dövlət təşkilatları Ölkə Prezidentinin bu uğurlu siyasətinə dəstək verərək Pandemiya ilə mübarizədə Ümumixalq Birliyi nümaiş etdirdilər. Təbii ki, ölkənin Qanunverici orqanı olan Milli Məclis də bu mübarizə yolunda ilk gündən lazımi tədbirləri uğurla həyata keçirdi. Ölkəmizdə Koronavirus  Pandemiyası ilə mübarizədə bir çox Millət Vəkilləri xüsusi fəallıqları ilə seçildilər.  Xüsusi fəallığı ilə seçilən Millət Vəkillərindən biri də Xaçmaz şəhərini təmsil edən Eldəniz Səlimovdur. Eldəniz müəllim əvvəlki fəaliyyət dövrlərində də daim ictimaiyyət arasında olan Millət Vəkillərindən olub. Elə bu günki müsahibimiz də hörmətli Eldəniz Səlimovdur. Karantin rejimini nəzərə alaraq Eldəniz müəllimlə virtual əlaqə yaratdıq. Mövzunu çox uzatmadan istəyirik ki, Eldəniz müəllimdən aldığımız müsahibəni siz dəyərli oxucularımıza təqdim edək. 

*Salam Eldəniz müəllim.

Olobal pandemiya ilə mübarizədə vaxtında görülən qabaqlayıcı tədbirlər Azərbaycan vətəndaşlarını  bu təhlükədən söğortalaya bildi.  Dövləti necə,  iqtisadi zərərlərdən sığortalaya bildimi ?

- İlk öncə sizi və oxucularınızı salamlayıram. Təəssülər olsun ki, koronavirus adlı bəla hələ də davam etməkdə, iqtisadiyyatları çökdürtməkdə, insan həyatlarını məhv etməkdədir. Hələ də bu bəla ilə bağlı dünyada, bir çox ölkələrdə insanlıq dramları, facilələri yaşanmaqdadır. Çox təəssüflər olsun ki, biz də dünyanın bir parçası olaraq, bu bəladan, bu virusdan yana keçə, ötüşə bilmədik. Bu bəla, bu virus bizə də bulaşdı, "çağırılmamış qonaq" kimi, bizlərin də qapısını döyüdü. Amma üstünlüyümüz ondandır ki, biz bu bəlanın ciddiliyini, nələrə qadir ola biləcəyinin vaxtında, zamanında anladıq və qəbul etdik. Xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev bu məsələdə ilk gündən, ilk andan öz qətiyyətini, iradəsini, cəsarətini ortaya qoydu. Dərhal dalbadal ardıcıl və qətiyyətlə addımlar atılmağa, önləyici tədbirlər görülməyə başlandı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, oraya ilkin olaraq, büdcədən 20 milyon manat vəsait ayrıldı, əvvəlcə bir milyardlıq, sonra isə 2, 5 milyardlıq sosial paket, yəni, dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabineti tərəfindən "Tədbirlər Planı" hazırlandı, ictimaiyyətə elan edildi və icraya yönəlildi. Pandemiyadan zərər çəkmiş, iş yerlərini itirmiş, iş yerləri bağlanmış və ya işsiz insanlara 2 aylıq 190 manat həcmində birdəfəlik ödəmələr verilməyə başlandı. Əvvəlcə 200 min, sonra 600 min insanın bundan yararlanması ilə bağlı tapşırıq verildi və icra olundu. Ödənişli təhsil alan və həssas qrupdan olan 20 mindən çox tələbənin yaz və payız semestrlərindəki təhsil haqlarının qarşılanmasını dövlət öz üzərinə götürdü. Vergi Məcəlləsinə, sosial sığorta ilə bağlı qanunlara ciddi dəyişikliklər edildi. "Yeni Klinika" istfadəyə verildi, 6 modul tipli xəstəxanın tikilməsi ilə bağlı vəsait ayrıldı və ilk modul tipli xəstəxanın açılışı oldu. Tibbi maskaların hazırlanması ilə bağlı iki böyük müəssisə qısa zamanda işə salındı. Rayonlarda da tibbi maskaların hazırlanmasına start verildi. Bununla yanaşı, bu çətin, həsas dönəmdə, iqtisadiyyatın dayandığı bir dövrdə Şamaxıda, Tərtərdə, Ağcabədidə, Bakının Qaradağ rayonunda bir sıra vacib müəssisələrin, yaşayış komplekslərinin açılışları baş tutdu. Bütün bunlar Azərbaycan insanını, Azərbaycan vətəndaşını bir çox maddi və mənəzi zərərlərdən, zərbələrdən, itkilərdən qorudu. Dövlətin gücünü, qüdrətini ortaya qoydu. İnsanlarda inam, ümid hisslərinin zəifləməsinə, ölməsinə imkan vermədi, əksinə, insanlarda gələcəyə, inkişafımıza daha dərin inam, ümid hissləri oyatdı. Bəli, müəyyən zərərlər, itiklər də yarandı, yaşandı, amma bunlar təhlükəli, qorxulu hala çevrilmədi. Ölkəmiz bu məsələdə də dünya üçün model, örənək, nümunə olmağı bacardı. Bu hər bir kəs tərəfindən-Türk Şurası, Qoşulmama Hərəkatı, nüfuzlu beynəlxalq şirkətlər tərəfindən etiraf və təqdir olundu...

*Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın dünya təcrübəsinə verdiyi  töhfəni  necə realizə edərdiniz ?

- Özünüz də bilirsiniz ki, pandemiya şəraitində də Azərbaycan öz insanpərvərlik, xeyirxahlıq, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və bu gün də yetirməkdədir. Türk Şurasının, Qoşulmama Hərəkatının məhz ölkəmizin, dövlət başçımızın təşəbbüsü və videokonfranslar vasitəsi ilə möhtəşəm, tarixi Zirvə görüşlərinin keçirilməsi, Azərbaycanın uğurlarının, təcrübəsinin etiraf və təqdir olunması, yardım, köməklik üçün Azərbaycan minnətdarlıq bildirilməsi gözlərimiz qarşısında baş verənlər və yaşananlardır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə 5 milyon dollar həcmində ianə ayırdı. Bununla yanaşı, bir çox ölkələrə-o cümlədən, Moldovaya, Tacikistana və digərlərinə, ümumlikdə 3 beynəlxalq quruma kömək, yardım əli uzadıldı, onların koronavirus pandemiyası ilə mübarizəsinə dəstək verildi. Bütün bunlar ölkəmizin, dövlətimizin sözdə deyil, əməldə, işdə, çətin gündə belə əsl tərəfdaş, əsl mütəffiq olduğunu bir daha təsdiqlədi və gözlər önünə sərdi. Bu, millət, xalq, dövlət olaraq, bizim hər birimizin uğuru və qürurudur. Fəxr edir və qürur hissi keçiririk ki, məhz Azərbaycanın vətəndaşlarıyıq, məhz İlham Əliyev kimi, müdrik Liderimiz var!

*Ölkəmizdə   virus pandemiyasının sona  çatdığını düşünən insanlarla  çox rastlaşırıq.  Buna baxmayaraq digər ölkələrə nisbətən ölkəmizdə yoluxma və ölüm halları qorxuducu mənzərədə deyil.  Sizcə Azərbaycan vətəndaşları  Koronavirus pandemiyası ilə mübarizədə Nazirlər Kobinetinin Qərar və töfsiyələrinə ciddi əməl edirlərmi ? ​

-.Bu barədə sosial şəbəklərdə, mediada, kütləvi informasiya vasitələrində dəfələrlə mövqeyimi açıqlamış, çağırışlar etmişəm. Bu gün də yenə öz mövqeyimdə qalır və onun üstündə israr edirəm. Yenə də deyirəm: Ölkəmiz dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemyası şəraitində və koronavirus infeksiyası ilə mübarizədə uğurlara, zəfərlərə imza atmaqdadır. Hətta, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən də ardıcıl yumşaldıcı tədbirlər seçilməkdədir. Amma çox təəssüflər olsun ki, hələ də öz məsuliyyətini hiss etməyən, həm özünün, həm də başqalarının taleyil ilə oynayan, onların da, özünün də həyatını təhlükəyə, risq altına alan vətəndaşlarımız var. Onlar hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyini, hansı fəsadlara gətirib çıxara biləcəyini ya anlamır, ya da anlasalar belə, böyük məsuliyyətsizlik nümayiş etdirirlər. Yumşaldılma tədbirləri o demək deyildir ki, təhlükə, bəla sovuşub gedib. Xeyr, bunu düşünənlər yanılır və böyük səhvə yol verirlər. Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bu bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki, hər kəs vətəndaşlıq məsuliyyətini axıracan dərk edəcək, deyilənlərə, verilən qərar və tövsiyyələrə bir nəfər kimi əməl edəcək. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan tam qurtula bilərik və qurtulacağıq. Özünüz də görürsünüz ki, qanunvericilik səviyyəsində müəyyən sərtləşdirməlar, cəzalar nəzərdə tutululur, bununla bağlı müvafiq qanunvericliyə dəyişikliklər müzakirədədir və yaxın günlərdə də bu dəyişikliklər qəbul edilərək, təsdiqlənərək, hüquqi qüvvəsinə minəcək. Biz istəməzdik ki, kimlərsə cəzalansın, cərimələnsin. Amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır. Ona görə bir daha belə hesab edir və hər kəsə təkrar səslənirəm ki, gəlin məsuliyyətli, anlayşlı olaq, həm özümüzü, həm də digərlərini qoruyaq. Bunu etməliyik və bacarmalıyıq. Eyni zamanda, Operativ Qərargahın, TƏBİB-in son (3 iyun) mövqeyini haqlı hesab edir və ürəkdən dəstəkləyirəm. Yenidən sərtləşdirmələrə və qadağalara ehtiyac var. Bunlar mütləq olmalı, hər kəs tərəfindən də anlayışla qarışlanmalıdır və qarşılanacaq da.

*Ölkədə tətbiq olunan Xüsusi karantin rejimi dövründə 190 manat pul yardımından imtina alan vətəndaşlarımız oldu. Ən çox regionlarda adlarına pay torpaqları olanlar, mülkiyyətində ili kifayət qədər köhnə olan avtomobil sahibləri  bu yardımı ala bilmədikləri üçün narazılıqlarını ifadə etdilər. Düzdü ilk sualımızın cavabında bu məsələyə geniş cavabınız oldu. Sadəcə Qanunvericilikdə hər hansı bir dəyişikliyin zəruri olub-olmaması ilə bağlı bu sualı vermək istəyirik.  Sizcə bu sahəni  tənzimləyən Qanunda  dəyişiklik etmək zərurəti yaranmayıbmı ?

- 190 manatlıq və iki aylıq birdəfəlik ödəmələr məsələsinə öncəki suallardan birində cavab verdim və bir daha qeyd etmək istəyirəm, bu, indiki dövrdə və reallıqda misli görünməmiş bir addımdır. Bununla 600 min insanımız sevindirildi. Bu, balaca rəqəm və göstərici deyil. Bu, həm də Azərbaycan dövlətinin və onun Liderinin bir daha öz vətəndaşının yanında olmasının əyani və bariz təcəssümü oldu. Sualınızın ikinci hissəsinə gəlincə, artıq bu istiqamətdə də müəyyən atılıb və atılmaqdadır. Elə Milli Məclisin son (2 iyun 2020-ci il tarixli) iclasında ünvanlı sosial yardımla bağlı qanuna yumşaldıcı dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin bütövlükdə qəbul olunması və imzalanaraq, hüquqi qüvvəyə minməsi bir daha deyilənlərin əyani təsdiqidir. Bu baxımdan hesab edirəm ki, qarşıdakı dönəmlərdə adını çəkdiyiniz məsələlər də bir daha geniş şəkildə araşdırılaraq, öz ədalətli və müsbət həllini tapacaq. Buna kimsə şübhə etməsin. 

*Eldəniz müəllim bu geniş müsahibəyə görə sizə komandamız adından dərin təşəkkürümüzü bildiririk. Düşünürük ki, bu açıqlamalar bizə müraciət edən oxucularımız üçün yetərincə marifləndirici məlumatlar oldu. Bir daha təşəkkür edirik, vaxt ayırdığınıza görə. 

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı