SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4634_m-d-niyy-t-mu-ssis-l-rind-xocali-faci-sinin-qurban

MƏDƏNİYYƏT

Hamısı

Mədəniyyət müəssisələrində Xocalı faciəsinin qurbanları anılıb

(2 Yil, 2 Ay öncə) 1,40 B İzlenme 0 Yorum
Mədəniyyət müəssisələrində Xocalı faciəsinin qurbanları anılıb

ÜMİDTV:    Azərbaycan xalqının qanlı səhifəsi – Xocalı soyqırımını dünyaya tanıtmaq, bu faciəyə ədalətli qiymət verilməsinə nail olmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan bütün müəssisələr Heydər Əliyev Fondunun başlatdığı “Xocalıya ədalət” kampaniyasına qoşularaq sosial şəbəkələrdə Azərbaycan, rus və ingilis dillərində Xocalı həqiqətlərini, faciənin miqyası ilə bağlı faktları videoçarxlar, ədəbi-bədii kompozisiyalar, virtual kitab sərgiləri, informasiya bülletenləri, qısametrajlı filmlər, onlayn tədbirlər və slaydlar vasitəsilə yayımlayıb.

Uşaq musiqi və incəsənət məktəblərində keçirilən onlayn tədbirlər ilk növbədə izləyicilərə Xocalı soyqırımı haqqında məlumatla başlanıb.

Daha sonra gənc istedadların ifasında şeirlər, vokal və instrumental ifalarla davam edib. Müəllimlərlə şagirdlərin bərabər çıxışları sanki nəsillər arasında informasiya mübadiləsini təmin edib.

Bakı şəhərində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemləri Xocalı faciəsini şahidlərin dilindən səsləndirib, şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Bakı şəhərində yerləşən digər mədəniyyət müəssisələri də internet üzərindən hərbi-vətənpərvərlik ruhlu, məlumatlandırıcı və maarifləndirici videoçarx, bədii qiraət nümunələri, ədəbi-bədii və musiqili kompozisiyalarını davamlı təqdim etməklə izləyiciləri tariximizi unutmamağa, gələcəyə məhz "gələnəklərdən görənəklərə" prizmasından yanaşmağa həsr ediblər.

“Xocalıdan-Xocalıya”... Xocalı faciəsi Bakı Uşaq və Gənclər Teatrının gözü ilə” qısametrajlı filmi isə həm üslub, həm də məna yükü və rəmzilikləri ilə fərqlənir.

Bu il Xocalı faciəsindən ürəyimiz ağrısa da, Yer üzündən silinmiş, anaların fəryadı, uşaqların çığırtısı, ahılların kədəri, şəhidlərin qanı hopmuş bu şəhərin və cümlə Qarabağın artıq erməni işğalçılarından azad olması və şəhid ruhların nəhayət dinclik tapması qəlbimizdə ümid hissi yaradır və bu hiss mədəniyyət müəssisələrinin Müzəffər Ordumuzun Şanlı Qələbəsindən ruhlanaraq internet üzərindən yayımladığı bütün fəaliyyətlərinə hakim kəsilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı