SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4584_-az-riqaz-in-s-hl-nkarligi-yanginsondur-nl-r-vaxti

SON XƏBƏR

Hamısı

“AZƏRİQAZ”IN SƏHLƏNKARLIĞI: YANĞINSÖNDÜRƏNLƏR VAXTINDA SÖNDÜRƏ BİLMƏDİLƏR . GÜNAHKAR KİMDİR?

(2 Yil, 2 Ay öncə) 1,80 B İzlenme 0 Yorum
“AZƏRİQAZ”IN SƏHLƏNKARLIĞI: YANĞINSÖNDÜRƏNLƏR VAXTINDA SÖNDÜRƏ BİLMƏDİLƏR . GÜNAHKAR KİMDİR?

ÜMİDTV:       Xəbər verdiyimiz kimi, 21 fevral gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük Sovxozu deyilən ərazidə, Binə Çörək Zavoduna gedən yol məhəlləsində 1 mərtəbəli fərdi yaşayış evinin yanması səbəbi ilə yanğın hadisəsi baş vermişdi.

 

Sakinlərin FHN-nin Qaynar xəttinə zəngindən sonra, Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlsələr də, fotodan göründüyü kimi, “Azəriqaz”  ASC-nin əməkdaşlarının nəzarəti altında yolun məhəlləyə dönən hissəsində Qaz kəmərinin normativlərə uyğun quraşdırılmaması səbəbindən, Yanğındanmühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə daxil ola bilməyiblər.

 

Yanğınsöndürənlər məcburiyyət qarşısında qalıb, təxminən 250 metrlik məsafədən su borularını keçirtmə yolu ilə hadisə yerinə qədər uzadıblar.  Yaranan bu vəziyyət vaxt itkisinin yaranmasına səbəb olmuşdur.  Yangınsöndürənlər müdaxilə edənədək fərdi yaşayış evi artıq yanaraq tam yararsız hala düşüb. Xoşbəxtlikdən həmin gecə evdə heç kim olmayıb.

 

Hadisə yerindən diqqət çəkən məqamlardan biri də o idi ki, Yanğından Mühafizə Xidmətinin məsul şəxsi “Azəriqaz”ın əməkdaşları ilə əlaqə saxlayıb hadisə yerinə  gəlmələrini  xahiş ediblər.  Lakin “Azəriqaz”ın əməkdaşları hadisə yerinə gələ bilməyəcəklərini bildiriblər.

Ərazidə yaşayan sakinləri narahat edən məsələ isə, yol ayrıcında normativə uyğun çəkilməyən qaz kəmərinin hələ də yerində olduğu kimi qalmasıdır. 

 

Sakinlər bildirirlər ki, "heç kim belə hadisələrdən sığortalanmayıb.  Bu vəziyyətdə hər hansı bir yanğın hadisəsi həmin ərazidə baş verərsə, yenidən YMX-nin yanğınsöndürənləri, məhz həmin yol ayrıcında quraşdırılan qaz kəmərinin ucbatından küçəyə daxil ola bilməyəcəklər. Nəticədə bu daha ağır fəsadlara səbəb ola biləcək."

Sakinlər təxirəsalmadan həmin kəmərin normativə uyğun daha yüksək hündürlüyə qaldırılmasını və ya ləğv edilib başqa yerdən çəkilməsini tələb edirlər.

 

Məsələ ilə bağlı “Azəriqaz “ ASC-nin 185 Qaynar xətt nömrəsinə zəng vurub əməkdaşla  əlaqə saxladıq.  Qaynar xətt nömrəsindən suallarımızı cavablandıran əməkdaş, məlumatın qeydə alındığını və aidiyyatı üzrə yönləndirdiyini bildirdi.

İnanırıq ki, “Azəriqaz” ASC-ti baş verən hadisəni və sakinlərin tələblərini nəzərə alıb, dərhal operativ olaraq hərəkətə keçəcək və məsələni yoluna qoyacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı