SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4571_millimizin-futzalcisi-moldova-il-oyunlari-finala-b

İDMAN

Hamısı

Millimizin futzalçısı Moldova ilə oyunları finala bərabər hesab edir

(2 Yil, 2 Ay öncə) 1,32 B İzlenme 0 Yorum
Millimizin futzalçısı Moldova ilə oyunları finala bərabər hesab edir

ÜMİDTV:      “Məşqlərimiz plan üzrə davam edir. Daha çox fiziki hazırlığa diqqət yetiririk. Bu da baş məşqçinin göstərişidir. Əlbəttə, taktiki çalışmalara da yer ayırırıq. Komanda olaraq, bu dəfə daha yaxşı formadayıq. Çünki məşq etmək üçün daha çox vaxtımız oldu. Həm də yanvarda da yaxşı hazırlıq keçmişdik. Onun da müsbət təsirini görürük".

 

Bunu Azərbaycan millisinin futzalçısı Amir Şocayi Moldova ilə Avropa çempionatının ardıcıl iki seçmə qrup oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib. Cənubi azərbaycanlı müdafiəçi Slovakiya və Yunanıstanla oyunlarda qazandıqları qələbənin komandada əhval-ruhiyyəni yüksəltdiyini vurğulayıb. O, növbəti rəqibin tanış komanda olduğunu və həm ev, həm də səfər qarşılaşmasının çətin keçəcəyini söyləyib: “Bu komandaya qarşı 2 il əvvəl oynamışam. Ancaq həmin nəticəni unutmalıyıq. Məşqçimiz rəqibi analiz edəcək və bizə necə oynamalı olduğumuzu deyəcək. Budəfəki görüş finala bərabər olacaq. Moldova millisi də seçmə mərhələyə yaxşı başlayıb. Heç kimin gözləmədiyi halda Slovakiya ilə səfərdə heç-heçə edib. Hətta qələbə də qazana bilərdi”.

 

Şocoyi bu görüşlərdə qazanılacaq qələbələrin Azərbaycan yığmasının zirvədəki mövqeyini böyük ölçüdə möhkəmləndirəcəyini diqqətə çatdırıb: “Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır. Bunu bacarsaq, birinci pillədəki yerimizi möhkəmləndirəcəyik. Azərbaycan illərdir Avropa çempionatının final mərhələsində iştirak edir. Bu seriyanın davam etdirilməsi vacibdir”.

 

Milli üzvü Moldovanın qrupda Slovakiya və Yunanıstanla keçirdiyi hər iki oyununu izlədiyini də bildirib: “Bu görüşlərdə Moldova futzalçıları təhlükəli hücumlar qururdular. Bizimlə oyunda yəqin ki, müdafiəyə diqqət yetirəcəklər. Çalışmalıyıq ki, rəqibimiz əks-hücumlarda bizi yaxalamasın. Çünki heyətlərində təhlükəli oyunçuları var. Xüsusilə də 7 nömrəli (Adrian Laşku) futzalçını qeyd edərdim”.

 

Qeyd edək ki, Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Fevralın 25-dən təlim-məşq toplanışına başlayacaq komanda Bakı İdman Sarayında əsasən fiziki təmrinləri yerinə yetirir.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı