SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4561_ukraynalilar-xocaliya-dal-t-t-l-b-edirl-r

DÜNYA

Hamısı

Ukraynalılar Xocalıya ədalət tələb edirlər

(2 Yil, 2 Ay öncə) 2,43 B İzlenme 0 Yorum
Ukraynalılar Xocalıya ədalət tələb edirlər

ÜMİDTV:      Azərbaycan Diaspor Gənclər Şəbəkəsi və Ukrayna Azərbaycanlıları Gənclər Radasının birgə təşkilatçılğı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən KİV-ə verilən məlumata görə, komitənin təşəbbüsü ilə keçirilən tədbirdə pedaqoji elmlər namizədi, dosent Lyudmila İvanenko, hüquqşünas, kilsə tarixçisi Vladimir Omelçuk, Xocalı sakini Murad Hüseynov, Ukraynanın Azərbaycan Konqresinin İdarə Heyətinin sədri, I Qarabağ müharibəsi qazisi Yuri Osadçenko, Ukrayna Azərbaycanlıları Gənclər Radasının sədr müavini Möminə Səttarova iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir M.Səttarovanın moderatorluğu ilə aparılıb. Moderator 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı kütləvi qırğın törətdikləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciə erməni faşistlərinin və havadarlarının xalqımıza qarşı apardığı 200 illik etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir.

Xocalı sakini Murad Hüseynov həmin dəhşətli gecə ailə üzvləri də daxil olmaqla 49 nəfər yaxın qohumunun şəhid olduğundan, Azərbaycanın Milli Qəhrəmanı olan atası Tofiq Hüseynovun doğulduğu şəhəri və mülki əhalini erməni faşistlərindən qorumaq naminə göstərdiyi şücaətdən danışıb. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdıran M.Hüseynov dünya birliyini və beynəlxalq təşkilatları bu çağırışa biganə qalmamağa səsləyib. O, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq Qələbə münasibətilə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun hər bir əsgər və zabitinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən L.İvanenko, V.Omelçuk və Y.Osadçenko xalqımızın kədərini bölüşdüklərini, şəhidlərin ailələrinə dərin hüznlə bassağlığı verdiklərini bildiriblər. Xocalı faciəsini dünya tarixinə düşmüş ən dəhşətli hadisə adlandıran ukraynalı natiqlər bu cinayətin beynəlxalq səviyyədə soyqırım aktı kimi tanınmasının, onu törədən qəddar canilərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar.

"Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk faciə deyil. Hələ XX əsrin əvvəllərində, 1905-ci ildə ermənilər Azərbaycanın ayrı-ayrı bölgələrində daha dəhşətli qırğınlar törədiblər. Bu onu göstərir ki, erməni cinayətkarları əsrlər boyu bizimlə düşmənçilik aparıblar", - Qarabağ qazisi Osadçenko əlavə edib.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı