SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4547_az-rbaycan-xin-bascisi-peyv-ndin-lcatanliginin-t-m

SİYASƏT

Hamısı

Azərbaycan XİN başçısı peyvəndin əlçatanlığının təmin edilməsi üçün dünya dövlətlərinə çağırış edib

(2 Yil, 2 Ay öncə) 1,06 B İzlenme 0 Yorum
Azərbaycan XİN başçısı peyvəndin əlçatanlığının təmin edilməsi üçün dünya dövlətlərinə çağırış edib

ÜMİDTV:       "Sessiyamız COVID-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutur. Azərbaycan pandemiyaya dərhal cavab vermiş və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirmişdir".

Bunu Xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmamışdır. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım etmişdir. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərmişdir.

Qoşulmama Hərəkatının hazırki sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVID-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq etmişdir.

İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVİD-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVID-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq", - nazir bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı