SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4542_fransali-deputatlar-xocali-h-qiq-tl-rini-parlament

SON XƏBƏR

Hamısı

Fransalı deputatlar Xocalı həqiqətlərini parlament tribunasında səsləndirəcək

(2 Yil, 1 Ay öncə) 1,21 B İzlenme 0 Yorum
Fransalı deputatlar Xocalı həqiqətlərini parlament tribunasında səsləndirəcək

ÜMİDTV:    Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonaqları səmimi salamlayan spiker Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu söyləyib. Bildirilib ki, tarixin müəyyən dönəmlərində bu əlaqələr ən müxtəlif səviyyələrdə davam etdirilib. Müstəqil Azərbaycan Fransa ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin və Fransa prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizə keyfiyyətcə yeni çalarlar gətirib.

Yüksək səviyyəli bu siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərir. Ötən il üzrə ticarət dövriyyəsinin həcminə nəzər saldıqda, bu sahədə əməkdaşlığımızın inkişaf etdiyi aydın görünür. Bu gün Azərbaycanda fransız şirkətləri təqdirəlayiq fəaliyyət göstərir. İqtisadiyyatın müxtəlif sahələrinə edilmiş qarşılıqlı investisiya yatırımları geniş potensialdan xəbər verir.

Söhbətdə sədr vurğulayıb ki, dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrin davamlı inkişafı çox əhəmiyyətlidir. Bu əlaqələrin dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Deputatların qarşılıqlı səfərləri və görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Sədr bu sahədə dostluq qruplarının əhəmiyyətini xüsusi qeyd edib. Hər iki ölkənin parlamentlərində bu qrupların fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sahibə Qafarova bildirib ki, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva hələ Milli Məclisin üzvü olarkən Fransa ilə dostluq qrupunun rəhbəri kimi əlaqələrimizin inkişafına mühüm töhfələr verib. Bu ənənə bu gün Fransa ilə dostluq qrupunun üzvləri tərəfindən uğurla davam etdirilir. Sədr Fransa Senatında Qafqaz üzrə dostluq qrupunun olduğunu xatırladaraq, Azərbaycanla ayrıca bir qrupun yaradılmasının əməkdaşlığımızın gələcək inkişafına əlavə töhfə verə biləcəyini deyib.

Sahibə Qafarova Fransa Milli Assambleyasının bir qrup deputatının ölkəmizə bu səfərinin çox tarixi dönəmdə baş tutduğunu söyləyib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək, öz ərazi bütövlüyünü bərpa edib. Təəssüf ki, bu dönəmdə Fransa parlamentində erməni diasporunun təsiri ilə Azərbaycanın ədalətli mübarizəsi barədə qərəzli fikirlər səsləndirilib, bəyanatlar və sənədlər qəbul edilib. Təbii ki, bu hal bizi narahat etməyə bilməz. Biz istərdik ki, Fransa kimi bir ölkənin qanunvericilik orqanında bölgə həqiqətləri və Azərbaycanın mövqeyi olduğu kimi səsləndirilsin, ölkə ictimaiyyətinə obyektiv çatdırılsın. Spiker Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu üzvlərinin bu prosesdə daha yüksək fəallıq göstərəcəklərinə inamını ifadə edib.

Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra faktları söyləyən spiker fevralın 26-da xalqımızın Xocalı faciəsinin 29-cu ildönümünü qeyd edəcəyini deyib. Bildirilib ki, erməni faşistləri tərəfindən bu soyqırımı nəticəsində azərbaycanlı olduqları üçün 613 nəfər mülki şəxs, hətta qadınlara, uşaqlara, ahıllara rəhm edilmədən qətlə yetirilib. Bir çox ölkələrin parlamentləri və dostluq qrupları bu faciə ilə əlaqədar qətnamələr qəbul edib.

Görüşdə humanitar sahədə əlaqələrimizin inkişafından söz açan spiker bildirib ki, bu gün Azərbaycanda Fransa liseyi və universiteti fəaliyyət göstərir. Azərbaycan tərəfindən humanitar sahə ilə bağlı Fransada bir sıra uğurlu layihələr həyata keçirilib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının deputatı Məcid El Qerab deyib ki, Fransa Cənubi Qafqaz ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Vurğulanıb ki, görüşdə iştirak edən fransalı deputatlar Azərbaycanın dostlarıdır.

Qonaq təəssüflə qeyd edib ki, bu bölgədəki həqiqətlər bəzən Fransa qanunvericilik orqanında olduğu kimi səsləndirilmir. Biz Azərbaycan tərəfinin narahatlığını anlayır, səfər müddətində burada gördüklərimizi Assambleya deputatlarına çatdırmaq niyyətindəyik. Belə hesab edirik ki, Azərbaycan barədə Fransa ictimaiyyəti dolğun və obyektiv məlumatlar almalıdır. Bəzi fransalı deputatlarda, o cümlədən ictimaiyyətin bir kəsimində bu haqda yanlış düşüncələr var. Onlara Azərbaycandakı mövcud mədəni müxtəliflik, fransız mədəniyyətinə olan maraq, buradakı fransız məktəblərinin fəaliyyəti barədə geniş informasiya verilməlidir.

Görüşdə çıxış edən fransalı deputatlar Frederik Duma, Belkir Baladad, Mustafa Laabid, Karol Buro Bonnar, Mişel Delpon Azərbaycandakı dünyəviliyi, tolerantlığı, Fransa mədəniyyətinə olan marağı yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycanın haqq səsinin daha ucadan eşidilməsi, bölgədə baş verən proseslərin olduğu kimi ictimaiyyətə çatdırılmasında məqsədyönlü iş aparılmalıdır.

Fransalı deputatlar ölkəmizin haqq işi barədə fikirlərin, Xocalı faciəsi barədə həqiqətlərin parlament tribunasından səsləndirilməsi, o cümlədən dostluq qrupu adından yayımlanan sənədlərdə əks olunması üçün gərəkli addımlar atılacağını deyiblər.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, pandemiyaya qarşı mübarizədə görülən işlər və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı