ÜMİDTV: Braziliyada yeni növ koronavirus infeksiyasına 51 879 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.
Bildirilib ki, son sutkada 1 367 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 10 030 626 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 milyondan çoxu müalicə olunaraq sağalıb, 243 457 nəfər vəfat edib.
Beləliklə, Braziliya ABŞ və Hindistandan sonra dünyada koronavirusa yoluxanların sayının 10 milyonu keçən üçüncü ölkə olub.